Ali İmran - 3:144
Muhəmməd sadəcə bir elçidir və ondan öncə də neçə-neçə elçilər gəlib keçmişdir. Ölər yaxud öldürülərsə geriyəmi dönəcəksiniz? Səbatsızlar Allaha heç bir zərər verə bilməz. Allah şükür edənləri mükafatlandıracaqdır.
Elçilər bizim kimi insanlardır, bizim üçün önəmli olan elçilərin çatdırdığı mesajdır:
Əraf/7:75
Xalqının təkəbbürlü öncüləri, alçaldıb zülm etdikləri iman edənlərə, "Salehin gerçəkdən Rəbbi tərəfindən göndərilmiş olduğunu haradan bilirsiniz?" dedilər. Onlar da: "Biz onun gətirdiyi mesaja iman edirik," dedilər.