Ali İmran - 3:146
Neçə-neçə peyğəmbərlər var ki, özlərini Rəblərinə həsr etmiş bir çox adam onlarla birlikdə savaşdı. Allah yolunda başlarına gələndən ötrü ruhdan düşmədilər, geri çəkilmədilər, boyun əymədilər. Allah müqvimət göstərənləri sevər.
Örnək:
Bəqərə/2:246
Bu hadisə diqqətini çəkmədimi? İsrail oğullarının əyanları, Musadan sonra peyğəmbərlərindən birinə, “Bizə bir kral təyin et ki, Allah yolunda savaşaq," demişdilər. “Savaşmaq lazım olan yerdə savaşmasanız necə?!" demişdi. Onlar: “Yurdumuzdan və övladlarımızdan uzaqlaşdırılmış vəziyyətdə ikən nə üçün Allah yolunda savaşmayaq?" - deyə qarşılıq vermişdilər. Fəqət onlara savaş vacib edilincə çox azı xaric üz çevirdilər. Allah zalımları Bilir.
Bəqərə/2:247
Peyğəmbərləri onlara, “Allah sizə kral olaraq Talutu təyin etdi,” - dedi. Onlar, “Biz hökmranlığa ondan daha layiq olduğumuz halda necə olur ki, üzərimizdə əmr sahibi olur? Üstəlik zəngin biri də deyil," - dedilər. O da, "Allah onu üzərinizə seçdi. Onun bilgi və bədən gücünü artırdı," dedi. Allah mülkünü istədiyinə verir. Allah Comərddir, Biləndir.
Bəqərə/2:248
Peyğəmbərləri onlara dedi: “Onun hökmdarlığının dəlili, sandığın sizə gəlməsidir. Onun içərisində Rəbbinizdən bir təskinlik, Musa ilə Harunun xalqının geriyə buraxdığı bir qalıq (qalan bir şey) tapacaqsınız. Onu mələklər daşımaqdadır. İman edirsinizsə bunda sizi razı edəcək bir dəlil var."
Bəqərə/2:249
Talut ordunun başına keçincə bunları bildirdi: “Allah sizi bir çayla sınayacaq. Kim ondan içərsə, məndən deyildir. Kim onu dadmayıb sadəcə əliylə bir qurtum alarsa məndəndir." Çox azı istisna olmaqla hamısı ondan içdi. O bərabərindəki iman edənlərlə çayı keçincə, "Bu gün Calut və ordusuna qarşı durmağa gücümüz yoxdur," dedilər. Allah ilə qarşılaşacaqlarına iman edənlər isə belə dedilər: "Sayca az olan neçə-neçə dəstə, Allahın izni ilə çox dəstələri məğlub etmişdir. Allah səbr edənlərlə bərabərdir."
Bəqərə/2:250
Calut və ordusuyla qarşılaşdıqlarında belə dedilər: "Rəbbimiz, bizə müqvimət göstərmə gücü ver, ayaqlarımızı sağlam tut, inkarçılara qarşı bizə yardım et."
Bəqərə/2:251
Nəhayət Allahın izni ilə onları darmadağın etdilər. Davud Calutu öldürdü. Allah ona hökmranlıq və anlayış verdi, ona istədiyini öyrətdi. Allah insanların bir qismini bir qismi ilə müdafiə etməsəydi yer üzü fəsada uğrayardı. Fəqət Allah bütün məxluqata qarşı lütf sahibidir.