Ali İmran - 3:148 Allah da onlara həm dünya nemətini, həm də axirət nemətinin ən gözəlini verdi. Allah gözəl davrananları sevər.
Allah yolunda savaşanlara Axirət neməti nədir?
Həcc/22:58 Allah yolunda köç (hicrət) etdikdən sonra ölənlər və ya öldürülənlər, Allah tərəfindən gözəl bir ruzi ilə bəslənəcəklər. Şübhəsiz Allah ruzi verənlərin ən yaxşısıdır!
Həcc/22:59 Razı qalacaqları bir qəbul ilə qatına alacaqdır onları. Allah Biləndir, Şəfqətlidir.

Bəqərə/2:154 Allah yolunda öldürülənlərə: “Onlar ölülərdir!” deməyin. Əksinə, onlar diridir, fəqət siz fərqində deyilsiniz.

Ali İmran/3:195 Rəbləri onlara cavab verdi: "Mən, sizdən heç bir çalışanın etdiyini mükafatsız buraxmaram, istər kişi olsun, istər qadın olsun; hamınız eynisiniz. Köç (hicrət) edənlər, öz yurdlarından çıxarılanlar, yolumda işgəncə və həqarətə məruz qalanlar, vuruşanlar və öldürülənlər... Onların pisliklərini örtəcəyəm və onları içlərində çaylar axan bağçalara yerləşdirəcəyəm. Allahdan bir qarşılıq olaraq... Ən gözəl qarşılıq Allahın yanındadır.”
Ali İmran/3:169 Allah yolunda vurulanları ölü sanmayın; əksinə, onlar Rəbləri qatında nemətlər içində diridirlər.
Ali İmran/3:170 Allahın onlara bol-bol verdiyi nemətlərlə sevinc içindədirlər. Onlara hələ qatılmamış yoldaşlarına bir qorxu və üzüntü olmadığını müjdələmək istəyərlər.
Ali İmran/3:171 Allahın bol nemətini və Allahın iman edənlərin mükafatını itirməyəcəyi gerçəyini müjdələmək istəyərlər.