Ali İmran - 3:151
Gücsüz və iqtidarsız şəxsləri Allaha ortaq qoşduqlarına görə, inkar edənlərin qəlblərinə qorxu salacağıq. Yerləri atəşdir. Zalımların dayanacağı yer necə də pisdir!
Allah, savaş və həmçinin iman edən qulları vasitəsiylə inkar edən qulların qəlblərinə qorxu salar:
Ənfal/8:12
Rəbbin mələklərə (və dolayısilə möminlərə) vəhy etdi: "Sizinlə bərabərəm, iman edənləri dəstəkləyin. İnkar edənlərin ürəyinə qorxu salacağam. Vurun boyunlara, vurun onların hər barmağına."
Həşr/59:2
O ki, kitab əhlindən inkarçı olanları ilk sürgün üçün ölkələrindən çıxarmışdır. Onların çıxacağını heç gözləmirdiniz. Qalalarının onları Allahdan qoruyacağını sandılar. Ancaq Allah onlara ummadıqları bir yerdən gəldi və qəlblərinə qorxu saldı. Beləcə evlərini öz əlləri ilə və iman edənlərin əlləri ilə yıxırlar. Ey fikir adamları, ibrət alın.
Həşr/59:12
Doğrusu, onlar çıxarılsalar, onlarla birlikdə çıxmazlar. Onlarla savaşılarsa, onları dəstəkləməzlər. Dəstəkləsələr belə arxalarını dönüb qaçarlar, sonra yardım görməzlər.
Həşr/59:13
Qəlblərinə, Allahdan daha çox siz qorxu salırsınız. Çünki onlar anlayışsız bir topluluqdur.