Ali İmran - 3:153 Elçi arxanızdan çağırmasına rəğmən siz heç kimsəyə dönüb baxmadan təpəyə dırmanırdınız. İtirdiklərinizə və başınıza gələnlərə üzülməyəsiniz deyə sizə kədər üstünə kədər verdi. Allah etdiklərinizdən Xəbərdardır.
Əlaqəli:
Tovbə/9:25 Allah bir çox vəziyyətdə sizə yardım etdi. Huneyn günü say çoxluğunuz sizi təkəbbürləndirmişdi. Fəqət sayınızın sizə heç bir faydası da olmamışdı. Necə ki, bütün genişliyinə rəğmən yer üzü sizə dar gəlmiş və axırda dönüb qaçmışdınız.

Əhzab/33:11 İman edənlər orada sınanmış və şiddətlə sarsılmışdılar.
Əhzab/33:12 İkiüzlülər və qəlblərində xəstəlik olan kimsələr, "Allahın və elçisinin bizə verdiyi söz boş bir xəyaldan başqa bir şey deyilmiş!" deyirdilər.
Əhzab/33:13 Onlardan bir qrup isə, "Yəsrib əhli, artıq dayana bilməzsiniz; geri dönün," deyirdi. Onlardan digər qrup isə, evləri qorunduğu halda, "Evlərimiz mühafizəsiz qaldı," deyərək peyğəmbərdən izin istəyirdilər. Bütün məqsədləri qaçmaq idi.