Ali İmran - 3:156 Ey iman edənlər! Səfərə çıxan və ya savaşa gedən qardaşları üçün: “Bizimlə qalsaydılar, nə ölər, nə də öldürülərdilər”– deyən inkarçılar kimi olmayın! Allah bu tip düşüncəni qəlblərində bir üzüntü qaynağı edər. Yaşadan da, öldürən də Allahdır. Allah etdiklərinizi görür.
Əlaqəli:
Nisa/4:72 İçərinizdə ağır davrananlar var. Sizə bir müsibət gələrsə, "Allah mənə yaxşılıq etdi və onlarla birlikdə şəhid düşmədim," deyər.
Nisa/4:73 Allahdan sizə bir lütf yetişərsə sanki öncə aranızda heç bir dostluq yoxmuş kimi, "Kaş ki, mən də onlarla birlikdə olsaydım və böyük bir müvəffəqiyyət qazansaydım," deyər.