Ali İmran - 3:159 Allahın sənə bir lütfü olaraq onlarla mülayim rəftar etdin. Kobud və daş ürəkli olsaydın, çevrəndən dağılıb gedərdilər. Onları əfv et, bağışlanmalarını dilə və görüləcək işlər haqqında onlara danış. Qərar verincə də Allaha güvən; Allah güvənənləri sevər.
İman edənlər işlərini öz aralarında danışıq yolu ilə qərarlaşdırır:
Nəml/27:38 (Süleyman) dedi ki, "Ey əyanlarım, onlar mənim yanıma müsəlmanlar olaraq gəlmədən öncə hansınız onun taxtını mənə gətirə bilər?"

Şura/42:38 Onlar, Rəblərinin çağırışına qarşılıq verirlər, namazı qoruyurlar, işlərini aralarında məsləhətləşmə yolu ilə qərarlaşdırarlar və onlara verdiyimiz ruzilərdən yardım üçün verərlər.

Nisa/4:83 Onlara güvənlik və təhlükəylə əlaqəli söz-söhbət yetişsə, onu yayarlar. Vəziyyəti elçiyə və aralarındakı səlahiyyətli şəxslərə yetişdirsəydilər mütəxəssisləri onu dəyərləndirərdi. Sizə Allahın lütfü və rəhməti olmasaydı çox azınız istisna olmaqla şeytana uyacaqdınız.