Ali İmran - 3:165 Məruz qaldığınız zərərin iki qatını (düşməninizə) verdiyiniz halda, "Bəs bu niyə?" - dediniz. De ki, "(O) müsibət, öz tərəfinizdəndir." Allah hər şeyə Qadirdir.
Başımıza gələn yaxşılıqlar Allahdan, pisliklər isə öz işlədiklərimizin nəticəsidir.
Şura/42:30 Sizə toxunan bir pislik, işlədiklərinizin bir nəticəsidir. O, bir çoxunu da əfv edər.

Nisa/4:79 Sənə gələn hər yaxşılıq Allahdan, sənə gələn hər pislik isə özündəndir. Səni insanlara elçi olaraq göndərdik. Şahid olaraq Allah yetər.

Səba/34:50 De ki, " Azarsam, öz qüsurumdandır, yolu taparsam Rəbbimin mənə vəhy etməsindəndir. O Eşidəndir, Biləndir."

Rum/30:41 İnsanların əlləri ilə işlədikləri üzündən quruda və dənizdə fəlakətlər yayıldı. Beləcə, (pislikdən) dönərlər deyə etdiklərinin bir qismini onlara daddırır.

Qasas/28:47 Öz əlləriylə işlədikləri üzündən başlarına bir müsibət gəldiyində, "Rəbbimiz, bizə bir elçi göndərsəydin, Sənin ayələrinə tabe olsaydıq və iman edənlərdən olsaydıq," deyə bilməsinlər deyə...

Şura/42:48 Üz çevirirlərsə, Biz səni onlara bir nəzarətçi olaraq göndərmədik. Sənin öhdənə düşən sadəcə bildirməkdir. Biz insana Öz tərəfimizdən bir rəhmət daddırdığımız zaman onunla sevinir; Amma öz etdiklərinin bir nəticəsi olaraq başlarına bir pislik gəlsə, o zaman insan nankorlaşır.

Ali İmran/3:165 Məruz qaldığınız zərərin iki qatını (düşməninizə) verdiyiniz halda, "Bəs bu niyə?" - dediniz. De ki, "(O) müsibət, öz tərəfinizdəndir." Allah hər şeyə Qadirdir.

Əraf/7:131 Onlara bir yaxşılıq gəldiyi zaman, "Buna biz layiqik," deyərlər. Onlara bir pislik toxunduğu zaman isə Musa və bərabərindəkiləri uğursuzluqla suçlayardılar. Doğrusu, onların uğursuzluğu Allah tərəfindən qərarlaşdırılır. Ancaq çoxları bilməzlər.