Ali İmran - 3:174 Beləcə, onlara heç bir pislik toxunmadan, Allahdan bir nemət və lütflə geri döndülər və Allahın rizasını qorumuşdular. Böyük lütfün sahibi Allahdır.
Əlaqəli:
Əhzab/33:25 Allah inkar edənləri öfkələriylə birlikdə əlləri boş olaraq geri çevirdi. Allah beləcə iman edənləri savaşdan qorudu. Allah güclüdür, Üstündür.
Əhzab/33:26 Və Kitab əhlindən onlara dəstək olanları qalalarından endirdi və ürəklərinə qorxu saldı. Bir qismini öldürür, bir qismini də əsir alırdınız.
Əhzab/33:27 Sizi onların torpağına, evlərinə, paralarına (pullarına) və hələ ayağınızı belə basmamış olduğunuz torpaqlara varis etdi. Allah hər şeyə Gücü Yetəndir.

Fəth/48:20 Allah sizin çoxlu qənimət ələ keçirəcəyinizi sizə söz vermişdir. Sizə bunu tezliklə verdi və insanların əllərini sizdən çəkdi. Beləcə bunu iman edənlər üçün bir dəlil etdi və sizi ən doğru yola yönəltdi.

Həşr/59:6 Allahın onlardan alıb elçisinə verdikləri üçün, siz at və dəvə sürmədiniz (savaşmadınız); Amma Allah elçisini istədiyinin üstünə göndərir. Allah hər şeyə Qadirdir.
Həşr/59:7 Allahın o ölkələrin əhalisindən elçisinə qənimət buraxdığı şeylər Allahın və elçisinindir. Yəni əqrəbalara, yetimlərə, yoxsullara və yolda qalmışlara verilməlidir ki, zənginlərinizin arasında inhisara çevrilməsin. Elçinin sizə verdiyini alın; ancaq onun sizə vermədiyindən uzaq durun. Allahı dinləyin. Allahın cəzalandırması çətindir (şiddətlidir).