Ali İmran - 3:178
İnkar edənlər, verdiyim möhlətin onlar üçün yaxşı olduğunu sanmasınlar. Günahlarının artması üçün onlara möhlət veririk. Onlara alçaldıcı bir əzab var.
Allah, verdiyi nemətlər və möhlət ilə inkar edənlərin günahlarını artırır:
Ali İmran/3:196
İnkarçıların ölkələrdəki hökmranlığı səni aldatmasın.
Ali İmran/3:197
Bu, qısa müddətli bir faydalanmadır, sonra cəhənnəmi boylayacaqlar, nə pis bir məskəndir!
Yunus/10:88
Musa dedi ki: "Rəbbimiz, Sən Firona və onun şurasına dünya həyatında dəbdəbəli şərait və mal verdin. Rəbbimiz, Sənin yolundan azdırsınlar deyəmi? Rəbbimiz, onların mallarını silib-süpür və ağrılı-acılı əzabı görüncəyə qədər iman etməsinlər deyə qəlblərini qatılaşdır."
Ali İmran/3:178
İnkar edənlər, verdiyim möhlətin onlar üçün yaxşı olduğunu sanmasınlar. Günahlarının artması üçün onlara möhlət veririk. Onlara alçaldıcı bir əzab var.
Qasas/28:76
Qarun, Musanın xalqından olmasına rəğmən xəyanət edib onlara zülm etdi. Ona elə xəzinələr vermişdik ki, açarları güclü bir topluluğa belə ağır gəlirdi. Xalqı ona belə demişdi: "Qürrələnmə, Allah qürrələnənləri sevməz."
Qasas/28:77
"Allahın sənə verdiyi nemətlərlə, dünyadakı payını unutmadan axirət yurdunu axtar. Allah sənə necə yaxşılıq etmişsə, sən də yaxşılıq et. Yer üzündə fəsad törətməyi axtarma. Allah fəsadçıları sevməz."
Qasas/28:78
Dedi ki, "Bütün bunlar mənə, bilgi və bacarığıma görə verildi." Ondan öncə, özündən daha böyük bir gücə və say baxımından çoxluğa sahib olan neçə-neçə nəsilləri Allahın məhv etdiyini bilmirmi? Suçluların suçları özlərindən soruşulmaz.
Qasas/28:79
Bir vaxtlar, bütün görkəmi ilə xalqının arasına çıxmışdı. Dünya həyatını seçənlər, "Kaş ki, Qaruna verilənlərin bir bənzəri bizə də verilsəydi. Gerçəkdən, o çox şanslı biridir," dedilər.
Qasas/28:80
Özlərinə bilgi verilmiş olanlar, "Təəssüflər olsun sizə, iman edən və müttəqi davranan üçün Allahın mükafatı daha yaxşıdı," dedilər. Buna ancaq səbr edənlər qovuşdurular.
Qasas/28:81
Onu evi ilə birlikdə yerin dibinə batırdıq. Allahdan başqa ona yardım edə biləcək bir dəstəsi yoxdu; qazananlardan olmadı.
Yunus/10:88
Musa dedi ki: "Rəbbimiz, Sən Firona və onun şurasına dünya həyatında dəbdəbəli şərait və mal verdin. Rəbbimiz, Sənin yolundan azdırsınlar deyəmi? Rəbbimiz, onların mallarını silib-süpür və ağrılı-acılı əzabı görüncəyə qədər iman etməsinlər deyə qəlblərini qatılaşdır."
Hud/11:15
Kim dünya həyatını və onun bərbəzəyini (komfortunu) axtararsa, etdiklərinin qarşılığını orada tam ödəyərik və onlar orada heç bir əskikliyə uğradılmazlar.
İsra/17:20
Hamısına, onlara da, bunlara da Rəbbinin nemətlərindən verərik. Rəbbinin nemətləri məhdudlaşdırılmamışdır.
Ta ha/20:131
Onların bəzilərinə, sınamaq üçün verdiyimiz dünya həyatının süslərinə gözünü dikmə. Rəbbinin sənin üçün hazırladığı nemətlər daha yaxşıdır və sürəklidir.
Təkasur/102:8
Sonra, o gün (sizə verilən) nemətlərdən sorğu-sual olunacaqsınız.
Bəqərə/2:126
İbrahim: “Rəbbim, buranı təhlükəsiz yer et, Allaha və Axirət gününə iman edən insanlara məhsullarla ruzi ver," deyincə, "İnkar edənə də ruzi verəcəyəm. Ona qısa bir müddət dolanışıq verər, sonra onu atəş cəzasına məhkum edərəm. Ora, necə də pis bir gediş yeridir!" - dedi.
Tovbə/9:55
Onların paraları və övladları səni təsirə salmasın. Allah bunlarla, onları dünya həyatında cəzalandırmaq və canlarının inkarçı olaraq çıxmasını istəyir.
Rad/13:32
Səndən əvvəlki elçilərə də istehza edildi. İnkar edənlərə fürsət verdim və axırda onları yaxaladım. Nəticə necə idi?
Məryəm/19:75
De ki: "Azğınlığa düşənlərə Rəhman bir möhlət verər. Cəzanı və dünyanın sonunu görüncəyə qədər... Pis yerə və zəif orduya kimin sahib olduğunu öyrənəcəklər."
Muminun/23:52
Sizin bu cəmiyyətiniz, tək bir cəmiyyətdir. Mən sizin Rəbbinizəm, Mənə hörmət edin.
Muminun/23:53
Fəqət, onlar işlərini müxtəlif kitablara ayırdılar. Hər qrup öz yanında olandan razı...
Muminun/23:54
Müəyyən bir müddətə qədər onları şaşqınlıqları içində burax!
Muminun/23:55
Elə bilirlər ki, onlara bağışladığımız paralar və övladlar ilə,
Muminun/23:56
Onların yaxşılığına tələsirik? Xeyr, fərqində deyillər.
Loğman/31:24
Onları bir az yaşadarıq, sonra da ağır bir cəzaya sürüyərik.
Muzzəmmil/73:11
Var-dövlət sahibi olub, səni yalanlayanları mənə burax; onlara bir az möhlət ver.
Muzzəmmil/73:12
Yanımızda zəncirlər və cəhənnəm vardır.
Muzzəmmil/73:13
Udulması çətin bir yeyəcək ve ağrılı-acılı bir əzab...
Tariq/86:15
Onlar bir plan qurur.
Tariq/86:16
Mən də bir plan qururam.
Tariq/86:17
Elə isə inkar edənlərə az bir müddət yenə möhlət ver.