Ali İmran - 3:179 Allah iman edənləri bu içində olduğunuz vəziyyətdə buraxmayacaq. Yaxşını pisdən ayıracaqdır. Allah sizə gələcəyi bildirəcək də deyil. Fəqət Allah elçilərindən istədiyini seçər. Allaha və elçilərinə iman edin. İman edib müttəqi davranarsanız sizə böyük bir mükafat var.
İman edənlər Allahın elçiləri arasında fərq qoymaz:
Bəqərə/2:136 “Allaha, bizə nazil edilənə, İbrahim, İsmail, İshaq, Yəqub və nəvələrinə nazil edilənlərə, Musaya, İsaya verilənə, və bütün peyğəmbərlərə Rəbbi tərəfindən verilənlərə iman etdik. Onların heç biri arasında fərq qoymarıq. Biz sadəcə Ona təslim olanlarıq,” - deyin.
Bəqərə/2:285 Elçi, Rəbbindən ona nazil edilənə iman etdi, iman edənlər də... Hamısı, Allaha, mələklərinə, kitablarına və elçilərinə iman edirlər: "Elçilərinin arasında heç bir fərq qoymarıq.” Deyərlər ki: "Eşitdik və tabe olduq. Rəbbimiz bizi bağışla; dönüş Sənədir."

Ali İmran/3:84 De ki: “Allaha, bizə nazil edilənə, İbrahimə, İsmailə, İshaqa, Yəquba və nəvələrinə nazil edilənə; Musaya, İsaya və peyğəmbərlərə Rəbləri tərəfindən verilənə iman etdik. Onların heç birinin arasında fərq qoymarıq və biz Ona təslim olanlarıq!”

Nisa/4:152 Allaha və elçilərinə iman edən və onların heç birinin arasında fərq qoymayanların da mükafatlarını irəlidə verəcəkdir. Allah Bağışlayandır, Rəhmlidir.