Ali İmran - 3:179
Allah iman edənləri bu içində olduğunuz vəziyyətdə buraxmayacaq. Yaxşını pisdən ayıracaqdır. Allah sizə gələcəyi bildirəcək də deyil. Fəqət Allah elçilərindən istədiyini seçər. Allaha və elçilərinə iman edin. İman edib müttəqi davranarsanız sizə böyük bir mükafat var.
Kim Allahın elçiləri arasında fərq qoyarsa:
Nisa/4:150
Allaha və elçisinə qarşı çıxanlar, Allah ilə elçilərinin arasını ayırmaq istəyənlər, "Bir qisminə iman edib, bir qismini inkar edərik," - deyənlər və bu ikisi arasında bir yol seçmək istəyənlər...
Nisa/4:151
Bax bunlar əsl inkar edənlərdir. İnkar edənlər üçün ağrılı-acılı bir əzab hazırlayırıq.