Ali İmran - 3:186 Paranızla (pulunuzla), canlarınızla sınanacaqsınız. Sizdən öncə Kitab verilənlərdən və ortaq qoşanlardan çox həqarətlər eşidəcəksiniz. Müqavimət göstərib və müttəqi bir həyat sürərsəniz, böyük iş etmiş olarsınız.
Mal (pul) ilə imtahan:
Ali İmran/3:134 O müttəqilər ki, bolluq və darlıqda yardım üçün para (pul) xərcləyərlər. Öfkələrini kontrol edərlər, insanların qüsurlarını görməməzlikdən gələrlər. Allah yaxşılıq edənləri sevər.

Ənfal/8:28 Bilin ki, mallarınız və övladlarınız sizin üçün bir sınaqdır və böyük mükafat Allah qatındadır.

Tovbə/9:24 De ki: "Ana-atalarınız, uşaqlarınız, qardaşlarınız, zövcələriniz, ailəniz, qazandığınız pullar, iflasa uğramasından qorxduğunuz iş və xoşlandığınız evlər Allahdan və Elçisindən və Onun yolunda səy göstərməkdən daha əzizdirsə, Allah əmrini gətirincəyə qədər gözləyin." Allah yoldan çıxmış camaatları doğruya yönəltməz.
Tovbə/9:24 De ki: "Ana-atalarınız, uşaqlarınız, qardaşlarınız, zövcələriniz, ailəniz, qazandığınız pullar, iflasa uğramasından qorxduğunuz iş və xoşlandığınız evlər Allahdan və Elçisindən və Onun yolunda səy göstərməkdən daha əzizdirsə, Allah əmrini gətirincəyə qədər gözləyin." Allah yoldan çıxmış camaatları doğruya yönəltməz.
Tovbə/9:75 Hətta bəziləri, "Bizə lütfündən verərsə, paramızı yardım üçün xərcləyəcəyik və dürüst insanlardan olacağıq," deyə Allaha söz verdilər.
Tovbə/9:76 Fəqət, onlara Öz lütfündən verincə, simicləşdilər və üz çevirərək döndülər.

Ya sin/36:47 Onlara, "Allahın sizə verdiyi ruzilərdən verin," deyildiyi vaxt, inkar edənlər iman edənlərə, "Allahın, istədiyi təqdirdə yedirə (qidalandıra) biləcəyi kimsələrimi yedirək? Siz gerçəkdən yaxşıca yoldan çıxmışsınız," deyərlər.

Fəth/48:11 Ərəblərdən geridə qalanlar, "Paralarımız (pullarımız) və ailə-uşaqlarımız bizə mane oldu, bizim üçün bağışlanma dilə," deyəcəklər. Onlar qəlblərində olmayanı, dilləri ilə söyləyirlər. De ki, "Sizin üçün bir zərər və ya fayda diləyərsə, Allahın bu diləyinə kim əngəl ola bilər?" Halbuki Allah bütün etdiklərinizdən xəbərdardır.

Zəriyət/51:19 Paralarında (pullarında), istəyənlər və yoxsullar üçün bir pay vardı.

Cumuə/62:11 Bəziləri, bir ticarət və ya bir əyləncə gördükləri zaman, səni ayaq üstə qoyub oraya üz tutdular. De ki, "Allahın yanında olanlar əyləncədən və ticarətdən daha yaxşıdır. Allah ən yaxşı ruzi verəndir."

Munafiqun/63:9 Ey iman edənlər, paralarınız (pullarınız) və övladlarınız sizi Allahı xatırlamaqdan yayındırmasın! Belə davrananlar ziyana uğrayanlardır.