Ali İmran - 3:188 Sanma ki, verdikləriylə qürürlanan və etmədikləri şeylərdən ötrü təriflənməyi sevənlər, bəli sanma ki, onlar əzabdan qurtulacaq. Onlara ağrılı-acılı bir əzab var.
Etmədikləri şeylərdən ötrü təriflənməyi sevənlər:
Bəqərə/2:40 İsrail oğulları! Sizə verdiyim nemətimi xatırlayın, Mənə verdiyiniz sözü tutun ki, Mən də sizə verdiyim sözü tutum; yalnız Məndən qorxun!
Bəqərə/2:41 Yanınızda olanı təsdiqləyici kimi nazil etdiyimə iman edin. Ona qarşı çıxanların birincisi olmayın! Ayələrimi dəyərsiz şeylərlə dəyişməyin, sadəcə Məndən çəkinin.
Bəqərə/2:42 Bilə-bilə gerçəyi yanlış ilə qarışdırmayın və gerçəyi gizləməyin.
Bəqərə/2:43 Namazı qoruyun, zəkat verin. Əyilin, əyilənlərlə birlikdə.
Bəqərə/2:44 İnsanları yaxşılıq etməyə çağırdığınız halda, özünüzü unudursunuz? Üstəlik kitabı da oxuyursunuz? Ağlınızı istifadə etmirsiniz?

Ali İmran/3:188 Sanma ki, verdikləriylə qürürlanan və etmədikləri şeylərdən ötrü təriflənməyi sevənlər, bəli sanma ki, onlar əzabdan qurtulacaq. Onlara ağrılı-acılı bir əzab var.

Şuəra/26:224 Şairlər(ə gəlincə), onlara da azğınlar uyarlar.
Şuəra/26:225 Onların hər vadidə qaçdıqlarını (vəziyyətə görə yön dəyişdirdiklərini) görmürsənmi?
Şuəra/26:226 Və onlar etmədikləri şeyləri söyləyərlər.

Saff/61:2 Ey iman edənlər, nə üçün etmədiyiniz və ya etməyəcəyiniz şeyləri söyləyirsiniz?
Saff/61:3 Etmədiyiniz şeyi söyləməyiniz, Allah qatında ən sevilməyən davranışlardandır.

Cumuə/62:5 Özlərinə Tövrat verilib və onun tələbini yerinə yetirməyənlərin örnəyi, kitablar daşıyan eşşəyin vəziyyətinə bənzəyir. Allahın ayələrini yalanlayan topluluğun vəziyyəti necə də pisdir. Allah zalım camaatı doğruya yetişdirməz.