Ali İmran - 3:188 Sanma ki, verdikləriylə qürürlanan və etmədikləri şeylərdən ötrü təriflənməyi sevənlər, bəli sanma ki, onlar əzabdan qurtulacaq. Onlara ağrılı-acılı bir əzab var.
İkiüzlülərin din adına etdikləri riyakarlıq və qürurlanma vəsiləsidir:
Tovbə/9:53 De ki: "Yoxsullara istər könüllü, istərsəniz də könülsüz yardım edin; sizdən qəbul edilməyəcəkdir. Çünki siz yoldan çıxmış bir topluluqsunuz."
Tovbə/9:54 Yardımlarının qəbul edilməsinə əngəl sadəcə budur: Allahı və elçisini inkar etdilər, namaza ancaq tənbəlliklə yaxınlaşırlar və yardımları da istəksiz edərlər.

Bəqərə/2:264 Ey iman edənlər! Allaha və Axirət gününə iman etmədiyi halda insanlara göstəriş üçün yardım edən şəxs kimi yardımlarınızı minnət qoymaqla və əziyyət etməklə boşa çıxarmayın. Bu cür davranışın örnəyi, üzərində toz-torpaq yığılan bir qayaya bənzəyir ki, şiddətli bir yağış onu çılpaq buraxar. Etdiklərindən heç bir şey qazana bilməzlər. Allah inkarçı camaatı doğruya yönəltməz.

Nisa/4:36 Allaha qulluq/xidmət edin, Ona heç bir şeyi və kimsəni ortaq qoşmayın. Ana-ataya, yaxınlara, yetimlərə, yoxsullara, yaxın və uzaq qonşuya, yanınızdakı yoldaşa, yolçuya (müsafirə) və andlarınızın/razılaşmalarınızın (müqavilələrinizin) haqq sahibi olduqlarına yaxşı davranın. Allah özünü bəyənmiş təkəbbürlü şəxsləri sevməz.
Nisa/4:37 Bunlar üstəlik xəsisdirlər və insanlara xəsisliyi öyüd-nəsihət edirlər. Allahın Öz lütfündən onlara verdiyini gizləyərlər. İnkar edənlərə ağrılı-acılı bir əzab hazırladıq.
Nisa/4:38 Bunlar, mallarını özlərini göstərmək üçün insanlara verir. Allaha və axirət gününə iman etməzlər. Kimin yoldaşı şeytan olmuşsa, çox pis bir yoldaşa sahib olmuşdur.

Maun/107:5 Onlar ki, namazlarından tamamilə xəbərsizdirlər.

Nisa/4:142 İkiüzlülər (münafiqlər), Allahı aldatdıqlarını zənn edər. Halbuki O (Allah), onları (beləcə) aldanmış buraxır. Onlar namaza qalxdıqlarında könülsüz qalxar. Çünki özlərini insanlara göstərərlər və Allahı çox az xatırlayarlar.

Ənfal/8:47 Allahın yoluna əngəl olmaq məqsədi ilə, (özlərini) insanlara göstərərək yurdlarından çıxan o özünü bəyənmişlər kimi olmayın. Allah etdiklərini hər tərəfdən əhatə edir.

Bələd/90:5 Ona güc yetirə bilməyəcəyimizimi sanır?