Ali İmran - 3:190
Göylərin və yerin yaradılışında, gecənin və gündüzün bir-birilə yer dəyişdirməsində, Anlayış sahiblərinə ayələr vardır.
Gündüz nə üçün yaradıldı?
Rum/30:23
Gecə və gündüz vaxtı yatmağınız və Onun lütfündən axtarmağınız da Onun ayələrindəndir. Dinləyən bir camaat üçün bunda işarələr vardır.
Yunus/10:67
O ki, gecəni sizin dincəlməniz üçün əlverişli, gündüzü də aydınlıq etdi. Dinləyən bir topluluq üçün bunda dəlillər vardır.
Qasas/28:73
Gecəni və gündüzü, birində dincəlməyiniz və digərində Onun nemətlərini axtarmağınız üçün nizama salması Onun rəhmətindəndir. Bəlkə şükür edərsiniz.
Qasas/28:71
De ki, "Allah gecəni dirilmə gününə qədər üzərinizdə daimi etsəydi, nə deyə bilərsiniz? Allahdan başqa hansı tanrı sizə bir işıq gətirə bilər? Eşitmirsiniz?
Furqan/25:47
Və O, gecəni sizə bir örtük, yuxunu bir dincəlmə və gündüzü də bir dirilmə zamanı edəndir.
Nəml/27:86
Gecəni dincəlmələrinə əlverişli, gündüzü də aydınlıq etdiyimizi görmədilərmi? İman edən bir camaat üçün əlbəttə bunda işarətlər vardır.
Ğafir/40:61
Allah, gecəni dincəlməyiniz üçün yaradan və gündüzü də aydınlıq edəndir. Allah insanlara qarşı böyük lütf sahibidir, fəqət insanların çoxu şükür etməz.
Nəbə/78:11
Gündüzü də dolanışığı təmin etmə vaxtı olaraq təyin etdik.