Ali İmran - 3:191
O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayarlar. Göylərin və yerin quruluşu və yaradılışı haqqında düşünərlər: “Rəbbimiz, Sən bunları boş yerə yaratmadın, Sən ucasan, bizi atəş əzabından qoru!"
Allah göyləri və yeri boş yerə yaratmamışdır:
Nəhl/16:3
Göyləri və yeri gerçək ilə yaratdı. Onların ortaq qoşduqları şeylərdən Ucadır.
Ənbiya/21:16
Göylər, yer və aralarındakıları oyun-əyləncə üçün yaratmadıq.
Ənbiya/21:17
Bir əyləncə etmək istəsəydik, onu Öz qatımızda edərdik. Bəli, belə bir işi istəsəydik!
Sad/38:27
Göyü, yeri və aralarındakıları boş yerə yaratmadıq. Bu, inkar edənlərin zənnidir. Özlərini atəşə soxduqları üçün inkar edənlərə təəssüflər olsun.
Duxan/44:38
Göylər, yer və aralarındakıları oyun-əyləncə üçün, yaratmadıq Biz.
Duxan/44:39
Biz onları ancaq bəlli bir məqsədə görə yaratdıq. Halbuki onların çoxu bilməz.