Ali İmran - 3:194
"Rəbbimiz, elçilərinin vasitəsi ilə bizə söz verdiyin şeyi ver, dirilmə günündə bizi rəzil etmə! Sən sözündən heç dönməzsən.”
Rəbbimizin elçiləri vasitəsiylə bizə söz verdiyi şey:
Məryəm/19:61
Rəhmanın qulları üçün söz verdiyi, hislərdən kənar Ədn cənnətlərinə... Onun sözü, şübhəsiz yerinə yetəcəkdir.
Zumər/39:74
"Bizə verdiyi sözü gerçəkləşdirən, yeri bizə miras buraxan və cənnətdə istədiyimiz yerdə sakin olmağımızı təmin edən Allaha təriflər olsun", deyərlər. Çalışanların (səy göstərənlərin) ücrəti necə də gözəlmiş!
Əraf/7:43
Kökslərindən kin və qısqanclıq duyğularını çıxardıq. Altlarından çaylar axarkən: "Bizi buna yetişdirən Allaha təriflər olsun. Allah bizi doğruya yönəltməsəydi biz doğrunu tapa bilməzdik. Rəbbimizin elçiləri gerçəyi gətirmişdilər," dedilər. Onlara: "Bax bu Cənmət sizindir. Etdiklərinizə qarşılıq olaraq onu miras aldınız," deyə səsləndik.
Əraf/7:44
Cənnət əhli cəhənnəm əhlinə səslənər: "Rəbbimizin bizə söz verdiyinin gerçək olduğunu gördük. Rəbbinizin sizə söz verdiyini, siz də gerçək olaraq gördünüzmü?" "Bəli!" deyərlər. Biri aralarında bunu elan edər: "Allahın lənəti zalımların üzərinə olsun."
Ənbiya/21:105
Zikrdən sonra Zəburda da, "Yer üzünə Mənim müttəqi qullarım varis olacaq," deyə yazıb qeyd etmişdik.
Muminun/23:11
Cənnətə mirasçı olacaq və orada əbədi qalacaqlar.
Zumər/39:20
Ancaq Rəblərinə ehtiram edənlər üçün üst-üstə qurulmuş köşklər vardır; altlarından çaylar axar. Allahın verdiyi sözdür. Şübhəsiz Allah sözündən dönməz.
Əhqaf/46:16
İşlədiklərinin ən yaxşısını qəbul etdiyimiz və pisliklərini keçdiyimiz bu kimsələr cənnət əhli arasındadırlar. Bu, onlara verilən doğru sözdür.