Ali İmran - 3:195
Rəbləri onlara cavab verdi: "Mən, sizdən heç bir çalışanın etdiyini mükafatsız buraxmaram, istər kişi olsun, istər qadın olsun; hamınız eynisiniz. Köç (hicrət) edənlər, öz yurdlarından çıxarılanlar, yolumda işgəncə və həqarətə məruz qalanlar, vuruşanlar və öldürülənlər... Onların pisliklərini örtəcəyəm və onları içlərində çaylar axan bağçalara yerləşdirəcəyəm. Allahdan bir qarşılıq olaraq... Ən gözəl qarşılıq Allahın yanındadır.”
Allah, iman edənlərin etdiklərindən heç bir şeyi əskiltməz, mükafatların tam olaraq verər:
Ali İmran/3:170
Allahın onlara bol-bol verdiyi nemətlərlə sevinc içindədirlər. Onlara hələ qatılmamış yoldaşlarına bir qorxu və üzüntü olmadığını müjdələmək istəyərlər.
Ali İmran/3:171
Allahın bol nemətini və Allahın iman edənlərin mükafatını itirməyəcəyi gerçəyini müjdələmək istəyərlər.
Hud/11:115
Səbr et, əlbəttə Allah, gözəl davrananları mükafatsız buraxmaz.
Kəhf/18:30
İman edib müttəqi davrananlara gəlincə, əlbəttə Biz yaxşı işlər görənlərin mükafatını itirmərik.
Tur/52:20
Düzülmüş taxtlara yaslanmışlar və onları gözəl eşlərlə birləşdirmişik.
Tur/52:21
Soyları tərəfindən izlənən iman edənlərə soylarını da qatarıq və onların etdiklərindən heç bir şeyi əskiltmərik. Hər kəs qazandığı şeylərin bir girovudur.
Tovbə/9:120
Nə şəhər əhalisi, nə də onların ətrafındakı Ərəblər, Allahın Elçisindən geri qalmamalı və özlərini ondan üstün görüb, öz canlarının hayına qalmamalıdır. Çünki Allah yolunda uğrayacaqları hər bir susuzluq, yorğunluq və aclıq, kafirləri qəzəbləndirəcək hər bir addım və düşmənə qarşı qazandıqları hər bir uğur, onlar üçün (əlavə) bir mükafat olaraq yazılar. Allah yaxşı davrananların mükafatını itirməz.