Ali İmran - 3:199
Kitablıların elələri var ki, Allaha, sizə nazil edilənə, özlərinə nazil edilənə iman edirlər, Allaha qarşı dərin hörmətə sahibdirlər. Allahın ayələrini az bir dəyərə satmazlar. Onların mükafatları Rəblərinin yanındadır. Allah haqq-hesabı tez çəkəndir.
Kitab əhlinin inkar edənləri, mənfəətlərinə tərs düşən ayələri dəyişdirərək və ya fərqli mənalar verərək insanlardan gizlədi:
Bəqərə/2:174
Allahın nazil etdiyi kitabdan bir şey gizləyib onu az bir dəyərə dəyişənlər, qarınlarına atəş doldururlar. Dirilmə günündə Allah onlarla danışmaz və onları təmizə çıxarmaz. Onlara ağrı-acı verici bir əzab var.
Bəqərə/2:59
Ancaq içinizdəki zalımlar, onlara verilən kəlmələri başqa kəlmələrlə dəyişdirdilər. Həqiqətən, yoldan çıxdıqları üçün zülm edənlərin üzərinə göydən bir əzab endirdik.
Ali İmran/3:187
Allah kitab verilənlərdən, "Onu mütləq insanlara açıqlayacaqsınız, gizləməyəcəksiniz," - deyə söz almışdı. Fəqət onlar, onu arxalarına atıb az bir dəyərə satdılar. Nə pis bir alış-veriş!
Bəqərə/2:79
Kitabı əlləri ilə yazdıqdan sonra onu ucuz bir qiymətə satmaq üçün onun Allahdan olduğunu söyləyənlərin vay halına. Əllərinin yazdığından ötrü vay halına onların. Qazandıqlarından ötrü vay halına onların!
Əraf/7:162
Fəqət onlardan zalım olanlar, sözü, onlara söylənəndən başqası ilə dəyişdirdilər. Biz də zülm etmələrindən ötrü üzərlərinə göydən bir əzab göndərdik.
Bəqərə/2:146
Kitab verdiklərimiz, bu gerçəkləri övladlarını tanıdıqları kimi tanıyırlar; Amma yenə də onlardan bir qrup bilə-bilə gerçəyi gizlədir.
Bəqərə/2:159
Nazil etdiyimiz açıq-aydın dəlilləri və hidayəti, -Biz kitabda insanlara açıqladıqdan sonra- gizləyənləri həm Allah, həm də lənətləyənlər lənətləyər.
Bəqərə/2:175
Onlar, hidayət qarşılığında azğınlığı və əfv edilmə qarşılığında əzabı satın almışlardır. Atəşə nə qədər də dözümlüdürlər!
Maidə/5:13
Sözlərini pozduqları üçün onları lənətlədik, qəlblərini sərtləşdirdik. Sözlərin mənasını kontekstindən dəyişdirirlər. Xəbərdar edildikləri şeylərin bir qismini unutdular. Onların çoxundan sürəkli xəyanət görəcəksən. Onları əfv et və əhəmiyyət vermə. Allah gözəl davrananları sevər.