Ali İmran - 3:2 Allah: Ondan başqa tanrı yoxdur, Diridir, Qəyyumudur.
Allah mühafizə edəndir:
Hud/11:57 "Üz çevirsəniz, artıq mən mənimlə göndərilən mesajı sizə bildirdim. Rəbbim yerinizə başqa bir xalq keçirəcək və siz Ona heç bir zərər verə bilməzsiniz. Mənim Rəbbim hər şeyi Hifz edib Kontrol Edəndir."

Əhzab/33:52 Bunlardan başqa qadınlar sənə halal deyildir və zövcələrindən hər hansısa birini də onlarla dəyişə bilməzsən. Gözəllikləri sənin diqqətini çəksə belə. Ancaq sözləşmənlə (müqavilə ilə) üzərlərində haqq sahibi olduqlarınla kifayətlən. Allah hər şeyə nəzarət edəndir.

Nisa/4:1 Ey insanlar! Sizi tək bir nəfisdən yaradan, ondan da zövcəsini yaradan, ikisindən də bir çox kişi və qadın törədən Rəbbinizi dinləyin! Adına bir-birinizdən cürbəcür şeylər istədiyiniz Allaha hörmət göstərin; əqrəbalara da... Allah əlbəttə sizə nəzarət etməkdədir.