Ali İmran - 3:24 Çünki onlar: “Cəhənnəm bir neçə gündən artıq bizə toxunmayacaq," - dedilər. Uydurduqları şeylər onları dinlərində belə yanıltmışdır.
"Cəhənnəm bir neçə gündən başqa bizə toxunmayacaqdır," Əlaqəli:
Bəqərə/2:80 "Bir neçə gündən başqa atəş bizə dəyməyəcək," dedilər. De ki: "Allahdan belə bir sözmü aldınız? Allah verdiyi sözdən dönməz, yoxsa Allaha aid edərək bilmədiyiniz bir şeyimi söyləyirsiniz?"

Ali İmran/3:23 Kitabdan özlərinə bir pay verilənlərə bax, Aralarında hökm etmələri üçün Allahın Kitabına çağırılırlar, lakin onlardan bir qrup üz çevirib geri dönür.
Ali İmran/3:24 Çünki onlar: “Cəhənnəm bir neçə gündən artıq bizə toxunmayacaq," - dedilər. Uydurduqları şeylər onları dinlərində belə yanıltmışdır.