Ali İmran - 3:24
Çünki onlar: “Cəhənnəm bir neçə gündən artıq bizə toxunmayacaq," - dedilər. Uydurduqları şeylər onları dinlərində belə yanıltmışdır.
Uydurduqları şeylər:
Ali İmran/3:78
Onların bəzisi, kitabda olmayanı kitabdan sanasınız deyə dillərini bükərək kitaba bənzətməyə çalışır və Allah qatından olmadığı halda, "Bu, Allah qatındandır," - deyərlər. Bilə-bilə, Allahın adına yalan danışarlar.
Bəqərə/2:59
Ancaq içinizdəki zalımlar, onlara verilən kəlmələri başqa kəlmələrlə dəyişdirdilər. Həqiqətən, yoldan çıxdıqları üçün zülm edənlərin üzərinə göydən bir əzab endirdik.
Əraf/7:162
Fəqət onlardan zalım olanlar, sözü, onlara söylənəndən başqası ilə dəyişdirdilər. Biz də zülm etmələrindən ötrü üzərlərinə göydən bir əzab göndərdik.
Bəqərə/2:211
İsrail oğullarından soruş ki, onlara nə qədər açıq-aşkar ayələr verdik! Özünə Allahın neməti gəldikdən sonra onu dəyişdirənlər üçün Allah ağır bir cəza verər.
Maidə/5:13
Sözlərini pozduqları üçün onları lənətlədik, qəlblərini sərtləşdirdik. Sözlərin mənasını kontekstindən dəyişdirirlər. Xəbərdar edildikləri şeylərin bir qismini unutdular. Onların çoxundan sürəkli xəyanət görəcəksən. Onları əfv et və əhəmiyyət vermə. Allah gözəl davrananları sevər.