Ali İmran - 3:26
De ki: “Hökmdarların Hökmdarı olan Tanrım, hökmdarlığı istədiyinə verər, istədiyini də hökmdarlığdan endirərsən. İstədiyini yüksəldər, istədiyini də alçaldarsan. Bütün yaxşılıqlar Sənin əlindədir. Sən her şeyə gücü yetənsən!"
Allah istədiyini də alçaldır (Axirətdə):
Yunus/10:27
Pislik və günah qazananlara isə pisliyinin eynisi ilə qarşılıq verilər. Üzlərini bir alçalma hissi bürüyər. Allahdan başqa bir qoruyucuları yoxdur. Üzləri sanki qaranlıq gecədən bir parçayla bürünmüşdür. Onlar atəş əhlidir; onlar orada əbədi qalacaqlar.
Tovbə/9:63
Bilmədilərmi ki, kim Allah və elçisinə qarşı gələrsə, içində əbədi qalacağı Cəhənnəmə məhkum olar? Bu böyük bir alçaldılmadır.
Məaric/70:43
O gün, məzarlarından tez-tələsik çıxarlar; Qurban daşına sürüklənirlərmiş kimi...
Məaric/70:44
Gözləri dönmüş, özlərini utanc bürümüş olaraq. Bax bu, onlara söz verilmiş olan gündür.
Bəqərə/2:90
Allahın, lütfünü qullarından istədiyinə endirməsini qısqanaraq Allahın nazil etdiyini inkar etmək üçün şəxsiyyətlərini satmaları necə də pisdir. Beləcə üst-üstə qəzəbə düçar oldular. Kafirlərə alçaldıcı bir əzab var.
Ali İmran/3:178
İnkar edənlər, verdiyim möhlətin onlar üçün yaxşı olduğunu sanmasınlar. Günahlarının artması üçün onlara möhlət veririk. Onlara alçaldıcı bir əzab var.
Qasas/28:42
Bu dünyada onları lənətlənmiş olaraq tanıtdıq. Dirilmə günündə də alçaldılacaqlar.
Ğafir/40:60
Rəbbiniz deyir ki, "Mənə yalvarın, sizə cavab verim." Təkəbbür göstərərək Mənə qulluq etməkdən çəkinənlər, alçaldılaraq cəhənnəmə girəcəklər.