Ali İmran - 3:26
De ki: “Hökmdarların Hökmdarı olan Tanrım, hökmdarlığı istədiyinə verər, istədiyini də hökmdarlığdan endirərsən. İstədiyini yüksəldər, istədiyini də alçaldarsan. Bütün yaxşılıqlar Sənin əlindədir. Sən her şeyə gücü yetənsən!"
Bütün yaxşılıqlar Allahın əlindədir (Dünyada):
Nisa/4:79
Sənə gələn hər yaxşılıq Allahdan, sənə gələn hər pislik isə özündəndir. Səni insanlara elçi olaraq göndərdik. Şahid olaraq Allah yetər.
Səba/34:50
De ki, " Azarsam, öz qüsurumdandır, yolu taparsam Rəbbimin mənə vəhy etməsindəndir. O Eşidəndir, Biləndir."
Ənam/6:17
Allah sənə bir zərər toxundurmuşsa, Ondan başqası onu aradan qaldıra bilməz. Sənə bir yaxşılıq eləmişsə, O, hər şeyə qadirdir.
Yunus/10:107
Allah sənə bir zərər toxundurarsa onu, Ondan başqa ortadan qaldıracaq yoxdur. Sənin üçün bir yaxşılıq diləyərsə, Onun lütfünü də geri çevirəcək yoxdur. Qullarından istədiyinə bunu verir. O, Bağışlayandır, Rəhmlidir.
Zumər/39:38
Onlardan, "Göyləri və yeri kim yaratdı?" deyə soruşsan, "Allah," deyəcəklər. De ki, "Allahdan başqa qulluq/xidmət etdiklərinizə nə deyirsiniz? Allah mənim üçün bir zərər istəsə, onlar Onun zərərini aradan qaldıra bilərmi? Yaxud O mənim üçün bir rəhmət diləsə onlar Onun rəhmətinin qarşısını ala bilərmi?" De ki, "Allah mənə yetər." Güvənənlər Ona güvənsinlər.