Ali İmran - 3:27 Gecəni gündüzün içinə salarsan, gündüzü də gecənin içinə salarsan. Ölüdən diri çıxararsan, diridən ölü çıxararsan. İstədiyinə də saysız ruzi verərsən.
Allah, bizləri hər gün dirildib öldürür. Bu, axirətdə yenidən dirildiləcəyimizin işarəsidi.
Ənam/6:60 Odur, Gecə vaxtı sizi öldürən, gündüz vaxtı nə işlədiyinizi bilən, müəyyən həyat müddəti dolsun deyə gündüz vaxtı sizi dirildən... Sonra dönüşünüz Onadır və etdiklərinizi sizə xəbər verəcəkdir.

Zumər/39:42 Allah ölümü anında nəfsi (şüuru) alar; ölməyənləri də yuxu anında... Haqqında ölüm qərarı verdiklərini saxlayar və digərlərini də bəlli bir vaxta qədər geri buraxar. Düşünən bir topluluq üçün bunda dərslər və işarələr vardır.

Furqan/25:47 Və O, gecəni sizə bir örtük, yuxunu bir dincəlmə və gündüzü də bir dirilmə zamanı edəndir.