Ali İmran - 3:33 Allah Adəmi, Nuhu, İbrahim ailəsini və İmranın ailəsini insanların arasından (elçi olaraq) seçdi.
Allahın Adəm, Nuh, İbrahim və İmran ailəsindən elçi seçdikləri:
Məryəm/19:41 Kitabda İbrahimi xatırla; peyğəmbər olan bir doğruçu idi.
Məryəm/19:49 Onları və Allahdan başqa qulluq/xidmət etdiklərini tərk edincə ona (İbrahimə) İshaqı və Yəqubu verdik. Hamısını peyğəmbər etdik.
Məryəm/19:51 Kitabda Musanı xatırla. O özünü tamamilə (Allaha) həsr edən biri idi. Peyğəmbər olan bir elçi idi.
Məryəm/19:53 Qatımızdan bir rəhmət olaraq qardaşı Harunu ona peyğəmbər olaraq ərməğan etdik.
Məryəm/19:54 Kitabda İsmaili xatırla! O sözündə duran biri idi. Eyni zamanda peyğəmbər olan bir elçi idi.
Məryəm/19:56 Kitabda İdrisi xatırla. O peyğəmbər olan bir doğruçu idi
Məryəm/19:58 Bax bunlar, Allahın nemətləndirdiyi peyğəmbərlərin bir qismidir. Adəmin soyundan, Nuh ilə birlikdə (gəmidə) daşıdıqlarımızdan, İbrahimin və İsrailin soyundan... Doğruya yetişdirdiyimiz və seçdiyimiz kimsələrdir onlar. Onlara Rəhmanın ayələri oxunduğu zaman ağlayaraq səcdəyə varırlar.

Sad/38:41 Qulumuz Əyyubu xatırla: "Rəbbim, şeytan mənə taqətsizlik və ağrı-acı toxundurdu," deyə Rəbbinə səslənmişdi.
Sad/38:45 Qullarımız İbrahim, İshaq və Yəqubu da xatırla. Məharətli və uzaqgörən idilər.
Sad/38:46 Sırf axirəti düşündükləri üçün onları xalis/dumduru etdik.
Sad/38:47 Onlar Bizim yanımızda yaxşılardan seçilmiş kimsələrdi.
Sad/38:48 İsmaili, Əlyəsə´i və Zülkifli də xatırla; hamısı yaxşılardandı.

Saffat/37:112 Ona (İbrahimə) İshaqı müjdələdik, müttəqilərdən bir peyğəmbər olaraq.
Saffat/37:113 Ona da, İshaqa da lütf etdik. Şübhəsiz, ikisinin soyundan həm yaxşı davrananlar, həm də özünə zülm edənlər var.