Ali İmran - 3:39 Məbəddə durub namaz qılarkən mələklər ona: “Allah səni, Allahın sözünü təsdiqləyəcək, qürurlu, iffətli və müttəqi bir peyğəmbər olan Yəhya ilə müjdələyir", deyə səsləndilər.
Yəhyanın (ə s) müjdələnməsinin təfsilatı:
Məryəm/19:2 Bu, Rəbbinin, qulu Zəkəriyyaya olan rəhmətinin xatırlanmasıdır.
Məryəm/19:4 "Rəbbim, vücudumdakı sümük zəiflədi, başım da ağappaq ağarmışdı. Rəbbim, Sənə yalvardığımda, heç bir vaxt naümid olmadım."
Məryəm/19:5 "Mənə tabe olanların məndən sonrakı halından narahat oluram. Arvadım da qısırdır. Qatından mənə bir varis bağışla."
Məryəm/19:6 "Mənə və Yəqub soyuna varis olsun. Rəbbim, onu bəyəndiyin biri et."
Məryəm/19:7 "Zəkəriyya, sənə bir oğul müjdələyirik. İsmi Yəhyadır. Onun kimisini daha öncə yaratmadıq."
Məryəm/19:8 "Rəbbim, mənim necə bir oğlum ola bilər? Arvadım qısır, mən isə həddən artıq yaşlıyam," dedi.
Məryəm/19:9 "Bəli elədir, (lakin) Rəbbin, 'O iş Mənim üçün asandır. Daha öncə səni yaratmışdım və sən heç bir şey deyildin' deyir."
Məryəm/19:10 "Rəbbim, mənə bir işarət ver," dedi. "Sənin işarətin, bir-birinin ardınca üç gecə boyunca insanlarla danışmamandır."
Məryəm/19:11 Məbəddən insanların arasına çıxdı və, "Onu (Allahı) səhər-axşam düşünüb xatırlayın," deyə onlara işarətlə bildirdi.
Məryəm/19:12 "Yəhya, kitaba yaxşıca sarıl." Uşaq yaşda ikən ona hikmət vermişdik.
Məryəm/19:13 Əlavə olaraq qatımızdan bir şəfqət və dürüstlük... Müttəqi biri idi.
Məryəm/19:14 Ana-atasına qarşı yaxşı davranırdı, əsla zorakılıq edən (dikbaş) və üsyankar olmadı.
Məryəm/19:15 Doğulduğu gün, öləcəyi gün və diri olaraq qaldırılacağı gün ona salam olsun!