Ali İmran - 3:39
Məbəddə durub namaz qılarkən mələklər ona: “Allah səni, Allahın sözünü təsdiqləyəcək, qürurlu, iffətli və müttəqi bir peyğəmbər olan Yəhya ilə müjdələyir", deyə səsləndilər.
Zəkəriyyanın (ə.s) övlad istəməsi, qövmünün özündən sonra yoldan çıxa biləcəyini (azacağını) düşünüb, yerinə keçəcək bir peyğəmbər məqsədi daşıyırdı:
Ali İmran/3:37
Rəbbi, nəzirini gözəl bir şəkildə qəbul etdi və onu Zəkəriyyanın himayəsində gözəl bir çiçək kimi yetişdirdi. Zəkəriyya, məbəddə onun yanına hər daxil olduqda yanında yeyiləcək şeylər görərdi. (Zəkəriyya:) “Məryəm, bunlar sənə haradan gəlir?” deyə soruşduğunda, (Məryəm:) “Bu, Allah qatındandır. Allah istədiyi kimsəyə hesabsız ruzi verər”, deyərdi.
Ali İmran/3:38
Zəkəriyya oradaca Rəbbinə dua edərək dedi: “Rəbbim! Qatından mənə tərtəmiz bir soy ver, Sən duaları Eşidənsən”.
Ali İmran/3:39
Məbəddə durub namaz qılarkən mələklər ona: “Allah səni, Allahın sözünü təsdiqləyəcək, qürurlu, iffətli və müttəqi bir peyğəmbər olan Yəhya ilə müjdələyir", deyə səsləndilər.
Ali İmran/3:40
"Rəbbim, mən yaşlı və arvadım sonsuz ikən mənim necə oğlum ola bilər?” - deyincə, O, “Bəli; amma Allah istədiyini edər” - dedi.
Ali İmran/3:41
"Rəbbim, mənə bir əlamət ver, - dedi. "Əlamətin, üç gün işarə ilə anlaşmaqdan başqa insanlarla danışmamandır. Rəbbini daha çox xatırla və səhər-axşam Onu düşün.”
Məryəm/19:2
Bu, Rəbbinin, qulu Zəkəriyyaya olan rəhmətinin xatırlanmasıdır.
Məryəm/19:3
Rəbbinə gizli bir yalvarışla səslənmişdi,
Məryəm/19:4
"Rəbbim, vücudumdakı sümük zəiflədi, başım da ağappaq ağarmışdı. Rəbbim, Sənə yalvardığımda, heç bir vaxt naümid olmadım."
Məryəm/19:5
"Mənə tabe olanların məndən sonrakı halından narahat oluram. Arvadım da qısırdır. Qatından mənə bir varis bağışla."
Məryəm/19:6
"Mənə və Yəqub soyuna varis olsun. Rəbbim, onu bəyəndiyin biri et."
Məryəm/19:7
"Zəkəriyya, sənə bir oğul müjdələyirik. İsmi Yəhyadır. Onun kimisini daha öncə yaratmadıq."
Məryəm/19:8
"Rəbbim, mənim necə bir oğlum ola bilər? Arvadım qısır, mən isə həddən artıq yaşlıyam," dedi.
Məryəm/19:9
"Bəli elədir, (lakin) Rəbbin, 'O iş Mənim üçün asandır. Daha öncə səni yaratmışdım və sən heç bir şey deyildin' deyir."
Məryəm/19:10
"Rəbbim, mənə bir işarət ver," dedi. "Sənin işarətin, bir-birinin ardınca üç gecə boyunca insanlarla danışmamandır."
Ənbiya/21:89
Zəkəriyya da... Rəbbinə belə yalvarmışdı: "Rəbbim, məni tək buraxma; Sən varislərin ən yaxşısısan."
Ənbiya/21:90
Duasını qəbul etdik və ona Yəhyanı verdik. Onun üçün arvadının durumunu düzəltdik. Çünki onlar yaxşı işlərdə yarışırlar, Bizə ümid edərək və qorxaraq yalvarırdılar. Onlar Bizə hörmət edənlərdi.