Ali İmran - 3:40 "Rəbbim, mən yaşlı və arvadım sonsuz ikən mənim necə oğlum ola bilər?” - deyincə, O, “Bəli; amma Allah istədiyini edər” - dedi.
Rəbbimiz, Zəkəriyyanın (ə.s) arvadının vəziyyətini düzəltdi:
Ənbiya/21:89 Zəkəriyya da... Rəbbinə belə yalvarmışdı: "Rəbbim, məni tək buraxma; Sən varislərin ən yaxşısısan."
Ənbiya/21:90 Duasını qəbul etdik və ona Yəhyanı verdik. Onun üçün arvadının durumunu düzəltdik. Çünki onlar yaxşı işlərdə yarışırlar, Bizə ümid edərək və qorxaraq yalvarırdılar. Onlar Bizə hörmət edənlərdi.

Məryəm/19:7 "Zəkəriyya, sənə bir oğul müjdələyirik. İsmi Yəhyadır. Onun kimisini daha öncə yaratmadıq."
Məryəm/19:8 "Rəbbim, mənim necə bir oğlum ola bilər? Arvadım qısır, mən isə həddən artıq yaşlıyam," dedi.
Məryəm/19:9 "Bəli elədir, (lakin) Rəbbin, 'O iş Mənim üçün asandır. Daha öncə səni yaratmışdım və sən heç bir şey deyildin' deyir."