Ali İmran - 3:45 Mələklər demişdi ki: “Məryəm, Allah səni Özündən bir kəlmə ilə müjdələyir. Onun adı Məryəm oğlu İsa Məsihdir. Dünyada da, axirətdə də öndərlərdəndir və (Tanrıya) yaxın olanlardandır.
İnsanları qurtuluşa çağıran Öndərlər; çatdırdıqları kitaba görə peyğəmbərlər:
Hud/11:17 Daha öncə Musanın kitabı bir öndər və rəhmət olduğu halda, indi Rəblərindən gələn bir şahidin gətirdiyi qəti bir dəlilə sahib olanlar ki var, bax onlar ona iman edərlər. Hansı qrup onu inkar edərsə yeri atəşdir. Ondan heç bir şübhən olmasın. O, Rəbbindən gələn bir gerçəkdir. Halbuki insanların əksəriyyəti iman etməz.

Bəqərə/2:124 Rəbbi, bir zamanlar İbrahimi bəzi kəlmələrlə sınamış; o da onlara əlavə etmişdi: (Tanrı) "Səni insanlara öndər edəcəyəm," demişdi. "Soyumdan da?..," deyincə, "Zalımlar Mənim sözümə daxil olmaz" buyurmuşdu.

Ənbiya/21:73 Biz onları, əmrimizə görə yol göstərən öndərlər etdik. Onlara yaxşı işlərin necə ediləcəyini, namazın necə qorunacağını və zəkatın necə veriləcəyini vəhy etdik. Onlar Bizə qulluq edənlərdir.

Ali İmran/3:45 Mələklər demişdi ki: “Məryəm, Allah səni Özündən bir kəlmə ilə müjdələyir. Onun adı Məryəm oğlu İsa Məsihdir. Dünyada da, axirətdə də öndərlərdəndir və (Tanrıya) yaxın olanlardandır.

Səcdə/32:23 Musaya Kitabı verdik; Bu mövzuda heç bir şübhən olmasın. Onu İsrail oğulları üçün bir rəhbər etdik.
Səcdə/32:24 Səbr etdikləri və ayələrimizə qəti olaraq iman etdikləri zaman, əmrimiz əsasında içlərindən yol göstərən öndərlər təyin etmişdik.

Ğafir/40:41 "Ey xalqım, nə üçün mən sizi qurtuluşa çağırarkən, siz məni atəşə çağırırsınız?"
Ğafir/40:42 "Siz məni Allaha qarşı nankor olmağa və haqqında bilgim olmayan şeyləri Ona ortaq qoşmağa çağırırsınız. Mən isə sizi O Üstün və Bağışlayıcı olana çağırıram."

Bəqərə/2:124 Rəbbi, bir zamanlar İbrahimi bəzi kəlmələrlə sınamış; o da onlara əlavə etmişdi: (Tanrı) "Səni insanlara öndər edəcəyəm," demişdi. "Soyumdan da?..," deyincə, "Zalımlar Mənim sözümə daxil olmaz" buyurmuşdu.