Ali İmran - 3:58
Sənə bu oxuduqlarımız, ayələrdən və hikmətli mesajdandır.
İsrail (ə.s):
Ali İmran/3:93
Tövrat nazil olmamışdan öncə İsrail özünə haram edincəyə qədər İsrail oğullarına bütün yeyəcəklər halal idi. “Doğru sözlülərsinizsə, Tövratı gətirib oxuyun,” - de.
Məryəm/19:58
Bax bunlar, Allahın nemətləndirdiyi peyğəmbərlərin bir qismidir. Adəmin soyundan, Nuh ilə birlikdə (gəmidə) daşıdıqlarımızdan, İbrahimin və İsrailin soyundan... Doğruya yetişdirdiyimiz və seçdiyimiz kimsələrdir onlar. Onlara Rəhmanın ayələri oxunduğu zaman ağlayaraq səcdəyə varırlar.