Ali İmran - 3:7
O ki sənə bu kitabı nazil etdi. Onun bəzi ayələri açıq anlamlıdır (möhkəm) ki, bunlar kitabın özüdür. Digərləri də bənzər anlamlıdır (mütəşabeh). Qəlblərində xəstəlik olanlar, insanları çaşdırmaq və fərqli anlam vermək üçün bənzər anlamlı olanlarının ardına düşərlər. Onların gerçək anlamını isə kimsə bilməz, ancaq istisnadır Allah və dərin biliyə sahib olanlar "Ona iman etdik, hamısı Rəbbimizin qatındandır", deyərlər. Ağıl və anlayış sahiblərindən başqası öyüd almaz.
Tək başına ələ alındığında yanlış anlaşıla biləcək, anlamaq üçün bütün Quran kontekstində dəyərləndirilməsi lazım olan ayələr:
Bəqərə/2:18
Kar, lal və kordurlar; yönlərini dəyişdirə bilməzlər.
Furqan/25:73
Onlara Rəblərinin ayələri xatırladıldığı zaman, onlara qarşı kar və kor (kimi) davranmazlar.
Maidə/5:51
Ey iman edənlər! Yəhudiləri və Xristianları dost qəbul etməyin! Onlar bir-birlərinin dostudur. Sizdən kim onlarla dost olarsa, onlardan sayılır. Allah zalım camaatı doğru yola yönəltməz.
Maidə/5:57
Ey iman edənlər! Sizdən öncəki Kitab əhli və inkarçılar arasında dininizi ələ salıb və əyləncə hesab edənləri dost qəbul etməyin. İman etmişsinizsə, Allahı dinləməlisiniz.
Ənfal/8:1
Səndən savaş qənimətləri haqqında soruşurlar. De ki: "Qənimətlər Allahın və Elçisinindir." Allahı dinləyin, aranızı düzəldin. İman edirsinizsə, Allaha və Elçisinə tabe olun.
Ənfal/8:41
Ayırma günündə, iki ordunun qarşılaşdığı gündə qulumuza nazil etdiyimizə və Allaha iman edirsinizsə, bilin ki, əlinizə keçən hər qənimətin beşdə biri Allahın və elçisinindir. Bu pay, əqrəbalar, yetimlər, yoxsullar və yolda qalmışların haqqıdır. Allah hər şeyə Güc Yetirəndir.