Ali İmran - 3:81
Allah peyğəmbərlərdən (nəbilərdən) bu cür söz almışdı: “Sizə Kitab və hikmət verəcəyəm, daha sonra yanınızdakıları təsdiqləyən bir elçi (rəsul) gəldiyi vaxt ona iman edəcək və onu dəstəkləyəcəksiniz. Bunu qəbul etdinizmi və bu sözləşməni yerinə yetirəcəyinizə dair söz verdinizmi?" - demişdi. Onlar "Qəbul etdik," - deyincə, "Elə isə şahid olun, Mən də sizinlə bərabər şahid olanlardanam," - demişdi.
Quranın hikmətlərinə nümunə:
İsra/17:22
Allah ilə birlikdə başqa tanrı qəbul etmə, yoxsa qınanmış və yalnız buraxılmış olaraq oturub qalarsan.
İsra/17:23
Rəbbin, yalnız Ona qulluq etmənizi və anaya-ataya qarşı yaxşı davranmanızı əmr etdi. Onlardan biri və ya ikisi yanında yaşlanarsa, onlara: "Uf!" belə demə və onları acılama. Onlarla gözəl bir şəkildə danış.
İsra/17:24
Onlara mərhəmət edərək təvazökarlıq qanadının altına al və de ki, "Rəbbim, məni kiçik ikən yetişdirdikləri kimi sən də onlara acı."
İsra/17:25
Rəbbiniz içinizdəkiləri çox yaxşı bilir. Müttəqi davranarsanız, əlbəttə O, tövbə edənləri Bağışlayandır.
İsra/17:26
Əqrəbalara haqlarını ver. Ehtiyac sahiblərinə və yolçuya da (yolda qalmışa da)... Ancaq israf etmə.
İsra/17:27
Şübhəsiz, israf edənlər şeytanların dostlarıdır. Və şeytan Rəbbinə qarşı nankordur.
İsra/17:28
Rəbbindən ümid etdiyin bir rəhməti əldə etmək üçün onlardan üz çevirmək məcburiyyətində qalarsansa onlara yumşaq söz söylə.
İsra/17:29
Əlini boynuna bağlama və tamamilə də açma, Yoxsa peşman olub üzülərsən.
İsra/17:30
Əlbəttə Rəbbin, istədiyinə ruzini bol verər və ya azaldar. Şübhəsiz O, qullarından xəbərdardır, onları görəndir.
İsra/17:31
Fəqirlik qorxusuyla uşaqlarınızı öldürməyin. Sizi də, onları da biz ruziləndiririk. Onları öldürmək, böyük bir günahdır.
İsra/17:32
Zinaya yaxınlaşmayın; çünki o, böyük bir günah və pis bir davranışdır!
İsra/17:33
Allahın, qutlu hesab etdiyi canı haqsız yerə öldürməyin. Kim haqsızlığa uğrayaraq öldürülərsə, onun mirasçılarına səlahiyyət vermişik. İntiqam hissiylə öldürmədə həddi aşmasın; çünki ona yardım edilmişdir.
İsra/17:34
Yetimlərin malına, yetkinlik çağına çatana qədər toxunmayın; faydaları üçün olarsa başqa. Və verdiyiniz sözləri yerinə yetirin. Çünki verdiyiniz sözdən sorğu-sual olunacaqsınız.
İsra/17:35
Ölçdüyünüz zaman ölçünü tam edin və doğru tərəzi ilə çəkin. Əlbəttə bu daha yaxşıdır və nəticəsi daha gözəldir.
İsra/17:36
Bilmədiyin bir şeyə iman edib ardına düşmə, çünki eşitmə, görmə duyğusu və beyin, hamısı ondan məsuldur.
İsra/17:37
Yer üzündə təkəbbürlü gəzib dolanma. Sən nə yeri yara bilərsən, nə də dağlar qədər hündür ola bilərsən.
İsra/17:38
Bütün bunlar, Rəbbin tərəfindən xoş görülməyən pis davranışlardır.
İsra/17:39
Bunlar, Rəbbinin sənə vəhy etdiyi hikmətlərdəndir. Allah ilə birlikdə başqa tanrı qəbul etmə; əksi təqdirdə qınanmış və qovulmuş olaraq Cəhənnəmə atılarsan.