Ali İmran - 3:88
Orada əbədi qalacaqlar; əzabları yüngülləşdirilməz və təxirə salınmaz.
Məqsəd; Onlara yardım edilməz, atəşdə ümidsizdirlər:
Kəhf/18:29
De ki, "Bu gerçək sənin Rəbbindəndir." İstəyən iman etsin, istəyən inkar etsin. Biz zalımlar üçün onları hər tərəfdən bürüyəcək bir atəş hazırladıq. Onlar hər nə vaxt fəryad edərək yardım istəsələr, konsentratlı turşu kimi üzləri qaynadan su verilər. Necə də pis bir içəcək, necə də pis bir sondur!"
Səcdə/32:14
Bugünkü görüşünüzə əhəmiyyət verməməyinizin nəticəsini dadın. Biz də sizə əhəmiyyət vermirik. Etdiklərinizin bir nəticəsi olaraq əbədi əzabı dadın.
Casiyə/45:34
Və onlara belə deyilər: "Bu günkü qarşılaşmanızı unutduğunuz üçün, Biz də bu gün sizi unuduruq. Yeriniz atəşdir və sizin bir yardımçınız da olmayacaqdır."
Maidə/5:37
Atəşdən çıxmaq istəyərlər; amma çıxa bilməzlər. Onlar sürəkli bir cəzaya məhkum olmuşlar.
Həcc/22:22
Hər nə vaxt oradakı sıxıntıdan çıxmaq istəsələr, oraya geri çevrilərlər: "Yandırıcı əzabı dadın."
Səcdə/32:20
Yoldan çıxmışların malikanəsi isə atəşdir. Oradan hər çıxmaq istədiklərində, təkrar oraya çevrilərlər. Onlara, "Yalanlamaqda olduğunuz atəş əzabını dadın," deyilər.
Ğafir/40:49
Atəşdəkilər, cəhənnəmin gözətçilərinə, "Rəbbinizə yalvarın ki, bizdən əzabı heç olmasa, bircə gün yüngülləşdirsin," deyərlər.
Ğafir/40:50
Onlar da deyərlər ki, "Elçiləriniz sizə açıq-aşkar dəlillərlə gəlməmişdimi?" "Bəli," deyərlər. Bunun üzərinə onlar, "Elə isə özünüz yalvarın. Halbuki inkar edələrin yalvarması nəticə verməz."
Zuxruf/43:77
"Ey Malik, artıq Rəbbin bizim işimizi bitirsin," deyə səslənərlər. O da, "Siz belə qalacaqsınız," deyər.
İbrahim/14:21
Hamısı Allahın hüzurunda durduqlarında. Zəiflər, özlərini böyük (seçkin) tutmuş olanlara: "Biz sizin davamçılarınız idik. Bizi Allahın əzabının bir hissəsindən qurtara bilərsinizmi?" dedilər. Onlar da: "Allah bizə bir yol göstərsəydi, biz də sizə göstərərdik. Artıq ağlayıb-sızlasaq da, dayanıb-dursaq da bizim üçün eynidir, qaçıb qurtulacaq bir yerimiz yoxdur."
Ta ha/20:124
"Kim mesajımdan üz çevirərsə, sıxıntılarla dolu bir həyata məhkum olar. Dirilmə günü də onu kor olaraq meydana çıxararıq."
Ta ha/20:125
(O:) "Rəbbim, toplantı ərazisinə məni niyə kor olaraq sürüdün, halbuki mən görürdüm?" deyər.
Ta ha/20:126
(Allah) deyər ki: "Çünki sənə ayələrimiz və möcüzələrimiz gəldiyində, sən onları unutdun. Bu gün də sən unudulursan!"