Ali İmran - 3:88 Orada əbədi qalacaqlar; əzabları yüngülləşdirilməz və təxirə salınmaz.
Cəhənnəmdə əbədi qalacaqlar.
Hud/11:106 Bədbəxtlər atəşdədir. Onlar orada sızlayıb inləyərlər.
Hud/11:107 Göylər və yer durduğu müddətcə orada qalacaqlar; ancaq Rəbbin istəyərsə başqa. Rəbbin, İstədiyini Edəndir.

Əraf/7:40 Ayələrimizi inkar edənlərə və onlara qarşı təkəbbür göstərənlərə göyün qapısı açılmaz və dəvə iynə deşiyindən keçmədikcə də Cənnətə girə bilməzlər. Günahkarları belə cəzalandırırıq.