Ali İmran - 3:97
Orada açıq-aşkar işarətlər var: İbrahimin (bütpərəstliyə qarşı) durma yeridir. Oraya daxil olan güvənlik içində olmalıdır. İnsanlardan yolçuluğa (səfər etməyə) imkanı olanlar o Evi (Kəbəni) Allah üçün həcc etməklə məsuldur. Kim inkar edərsə bilsin ki, Allah kimsəyə möhtac deyildir.
Məqsəd; Allah inkar etməyəcək bir camaatı onların yerinə keçirə biləcək zənginlikdədir:
Maidə/5:54
Ey iman edənlər! Kim dinindən dönərsə bunu bilsin: Allah sevdiyi bir camaatı gətirər; onlar da Onu sevər. İman edənlərə qarşı təvazökar, kafirlərə qarşı güclü və sərtdirlər. Allah yolunda cihad edərlər, qınayanın qınamasından çəkinməzlər. Bu, Allahın lütfüdür; onu istədiyinə verir. Allah Comərddir, Biləndir.
Ənam/6:89
Bax onlar, özlərinə kitab, hikmət və peyğəmbərlik verdiklərimizdir. Əgər bu xalq, bunları inkar edərsə, Biz onları inkar etməyən bir cəmiyyətlə yerlərini dəyişdirərik.
Ənam/6:133
Rəbbin Zəngindir, Rəhmət Sahibidir. İstəsə, sizi götürər və sizi başqalarının soyundan necə gətirmişsə sizdən sonra da yerinizə istədiklərini yerləşdirər.
Məaric/70:40
Məşriqlərin və məğriblərin Rəbbinə and olsun; Bizim gücümüz yetər...
Məaric/70:41
Onları, özlərindən daha yaxşıları ilə dəyişdirməyə... Bizi kimsə məğlub edə bilməz.
Nisa/4:131
Göylərdə və yerdə nə varsa Allahındır. Sizdən öncə Kitab verilənlərə də, sizə də "Allaha hörmət edib dinləyin," - deyə öyüd verdik. İnkar etsəniz, bilin ki, göylərdə və yerdə nə varsa Allahındır. Şübhəsiz Allah kimsəyə möhtac deyildir, tərifə layiqdir.
Nisa/4:132
Göylərdə və yerdə nə varsa, Allahındır. Qoruyucu olaraq Allah yetər.
Nisa/4:133
Ey insanlar! O istəyərsə sizi ortadan qaldırıb başqalarını gətirər. Allahın gücü buna yetər.
Ənam/6:89
Bax onlar, özlərinə kitab, hikmət və peyğəmbərlik verdiklərimizdir. Əgər bu xalq, bunları inkar edərsə, Biz onları inkar etməyən bir cəmiyyətlə yerlərini dəyişdirərik.
Fatir/35:15
Ey insanlar, siz Allaha möhtacsınız. Allah isə heç kimsəyə möhtac deyildir, Təriflənəndir.
Fatir/35:16
İstəyərsə, sizi götürər və yerinizə yeni məxluqları gətirər.
Fatir/35:17
Bu, Allah üçün çətin deyildir.
Muhəmməd/47:38
Sizlər, Allah yolunda xərcləməyə dəvət edilirsiniz, ancaq bir qisminiz xəsislik etməkdədir. Kim xəsislik edərsə, özünə qarşı xəsislik etmişdir. Allah Zəngindir, siz isə yoxsulsunuz. Üz çevirsəniz, yerinizə başqa bir topluluq gətirər ki, onlar sizin kimi olmazlar.