Ali İmran - 3:97
Orada açıq-aşkar işarətlər var: İbrahimin (bütpərəstliyə qarşı) durma yeridir. Oraya daxil olan güvənlik içində olmalıdır. İnsanlardan yolçuluğa (səfər etməyə) imkanı olanlar o Evi (Kəbəni) Allah üçün həcc etməklə məsuldur. Kim inkar edərsə bilsin ki, Allah kimsəyə möhtac deyildir.
İbrahimin bütpərəstliyə qarşı mövqeyi:
Ənbiya/21:51
Biz daha öncə də İbrahimə anlama və qavrama bacarığını bağışlamışdıq. Biz onu çox yaxşı bilirdik.
Ənbiya/21:52
Atasına və xalqına, "Özünüzü həsr etdiyiniz bu heykəllər də nə olan şeydir?" dedi.
Ənbiya/21:53
"Atalarımızı onlara qulluq/xidmət edərkən gördük," dedilər.
Ənbiya/21:54
"Doğrusu, siz və atalarınız açıq-aşkar bir azğınlıq içinə düşmüşsünüz," deyincə,
Ənbiya/21:55
"Bizə gerçəyimi gətirdin, yoxsa oyunmu oynayırsan?" dedilər.
Ənbiya/21:56
Dedi ki, "Əslində sizin Rəbbiniz göylərin və yerin Rəbbidir; onları ayıraraq yaratmışdır. Mən buna şahidlik edənlərdənəm."
Ənbiya/21:57
"Allaha and içirəm ki, siz gedən kimi, ardınızdan heykəllərinizə qarşı bir plan quracağam."
Ənbiya/21:58
Hamısını parça-parça etdi; ancaq bəlkə ona müraciət edərlər deyə ən böyüklərinə toxunmadı.
Ənbiya/21:59
"Hər kim tanrılarımıza bunu etdisə, gerçək bir zalımdır!" dedilər.
Ənbiya/21:60
"Onları dilinə dolayan bir cavan oğlan (olduğunu) eşitdik, ona İbrahim deyilirmiş" dedilər.
Ənbiya/21:61
"Onu camaatın hüzuruna çıxarın ki, şahid olsunlar," dedilər.
Ənbiya/21:62
"İbrahim, tanrılarımıza bunu sənmi etdin?" dedilər.
Ənbiya/21:63
"Xeyr, o işi bax bu böyükləri etdi. Onlardan soruşun, əgər danışa bilirlərsə!" dedi.
Ənbiya/21:64
Öz vicdanlarına dönüb, öz-özlərinə bunu söylədilər: "Gerçəkdən siz zalımlarsınız."
Ənbiya/21:65
Sonra təkrar köhnə fikirlərinə döndülər (və dedilər): "Bunların danışmadığını sən çox yaxşı bilirsən!"
Ənbiya/21:66
"Allahın yanında sizə heç bir faydası və zərəri toxunmayan şeylərəmi qulluq/xidmət edirsiniz?" dedi.
Ənbiya/21:67
"Vay olsun Sizə və Allahla yanaşı qulluq/xidmət etdiklərinizə. Ağlınızı istifadə etmirsiniz?"
Ənbiya/21:68
"Bir şey edəcəksinizsə onu yandırın ki, tanrılarınızı dəstəkləmiş olun," dedilər.
Ənbiya/21:69
"Ey atəş, İbrahimə qarşı sərin və güvənilir (təhlükəsiz) ol!" dedik.
Ənbiya/21:70
Beləcə onun üçün bir plan tətbiq etmək istədilər və Biz də onları müvəffəqiyyətsizliyə məhkum etdik.