Ğafir - 40:12
Çünki, YALNIZ Allah çağırıldığı zaman inkar edərdiniz. Ancaq Ona ortaq qoşulduğunda inanırdınız. Hökm, Üstün və Böyük olan Allaha aiddir.
Allaha ortaq qoşulduğunda iman edirdiniz:
Yusuf/12:103
Nə qədər istəsən də, insanların əksəriyyəti iman etməyəcəkdir.
Yusuf/12:104
Halbuki, sən onlardan hər hansısa bir ücrət də istəmirsən. Bu, sadəcə insanlara bir xəbərdarlıqdır.
Yusuf/12:105
Göylərdə və yerdə neçə-neçə dəlillər vardır ki, yanından diqqətsizcə keçərlər.
Yusuf/12:106
Onların da çoxu, ortaq qoşmadan Allaha iman etməz.