Ğafir - 40:16
O gün onlar tamamilə açığa çıxarılacaqlar. Heç bir şey onları Allahdan gizləyə bilməz. O gün hökmranlıq kimə aiddir? Tək və Ən Üstün olan Allaha aiddir.
O gün tam olaraq ortaya çıxacaqlar: Məqsəd nədir?
Kəhf/18:49
Kitab ortaya qoyulmuşdur. Günahkarların onun içindəkilərdən qorxuya qapıldığını və "Vay olsun bizə, məgər bu kitab kiçik, böyük heç bir şeyi buraxmayıb hesaba almışdır," dediklərini görərsən. Etdikləri hər şeyi önlərində hazır görmüşdürlər. Rəbbin heç kimsəyə haqsızlıq etməz.
Muminun/23:62
Biz heç kimsəyə gücünün yetdiyindən artıq məsuliyyət yükləmərik. Qatımızda gerçəyi söyləyən bir Kitab vardır. Heç kimsə haqsızlığa uğradılmayacaqdır.
Nur/24:24
O gün ki, dilləri, əlləri və ayaqları onların etdikləri hər şeyə şahidlik edəcəklər.
Nur/24:25
Allah o gün, layiq olduqlarını tam olaraq ödəyəcək və Allahın açıq-aşkar bir Gerçək olduğunu öyrənəcəklər.
Ya sin/36:65
O gün ağızlarına möhür vurarıq, sonra da Bizimlə əlləri danışar və etdiklərinə də ayaqları şahidlik edər.
Fussilət/41:19
Allahın düşmənlərinin atəşə sürüklənərək topladılacaqları gün...
Fussilət/41:20
Nəhayət, oraya yetişdiklərində, onların eşitmə, görmə orqanları və dəriləri etdikləri haqqında şahidlik edər.
Fussilət/41:21
Dərilərinə, "Nə üçün bizə qarşı şahidlik etdiniz?" deyə soruşarlar. Onlar da, "Hər şeyi danışdıran Allah bizi danışdırdı. Sizi ilk yaradan Odur və məhz Ona döndərilirsiniz," deyərlər.
Fussilət/41:22
Nə eşitmə və görmə orqanlarınızın, nə də dərilərinizin əleyhinizdəki şahidliyini gizləməyə gücünüz yetməz. Buna rəğmən siz etdiklərinizin çoxunu Allahın bilməyəcəyini sanırdınız.
Qaləm/68:42
Gün gələcək, onların iç üzləri açığa çıxarılacaq, səcdəyə çağrılacaqlar; ancaq buna gücləri yetməyəcəkdir.
Zəlzələ/99:6
O gün, insanlar etdikləri özlərinə göstərilsin deyə dəstə-dəstə çıxıb gələrlər.
Zəlzələ/99:7
Kim bir atom ağırlığında yaxşılıq edərsə, onu görər.
Zəlzələ/99:8
Və kim bir atom ağırlığında pislik edərsə, onu görər.
Zumər/39:69
Yer, Rəbbinin nuru ilə parlayar. Kitab qoyular. Peyğəmbərlər və şahidlər gətirilər. Aralarında gerçəyə görə hökm verilər və onlara zülm edilməz.
Adiyat/100:10
Və kökslərdə gizlənənlər açığa çıxarıldığı zaman,
Casiyə/45:28
Hər camaatı diz çökmüş halda görərsən. Hər camaat öz kitabına çağrılar: "Bu gün sizə, etdiklərinizin qarşılığı ödənəcəkdir."
Casiyə/45:29
"Bu kitabımız sizə qarşı gerçəyi söyləməkdədir. Çünki biz, etdiklərinizi qeyd edirdik."
İsra/17:13
Hər insanın qədərini öz boynuna (şəxsi seçiminə) bağlamışıq. Dirilmə günündə, onun üçün bir qeyd (yazı) çıxarıb yayımlayarıq.
İsra/17:14
Qeydini (yazını) oxu! Bu gün hesab çəkən olaraq sən özünə kifayətsən.
Qaf/50:17
Sağında və solunda iki alıcı mələk oturub qeyd etməkdədirlər (yazmaqdadırlar).
Haqqə/69:18
O gün ortaya çıxarılarsınız və heç bir şeyiniz gizli qalmaz.
Haqqə/69:19
Kitabı sağından verilən, "Alın kitabımı oxuyun," deyər,
Haqqə/69:20
"Hesabımla qarşılaşacağıma iman edirdim."
Haqqə/69:21
O, xoşbəxt bir həyat içindədir,
Haqqə/69:22
Yüksək bir cənnətdə (bağçada),
Haqqə/69:23
Meyvələri əlçatan məsafədədir.
Haqqə/69:24
Keçmiş günlərinizdə etdiyiniz işlərdən ötrü nuşcanlıqla yeyin, için.
Haqqə/69:25
Kitabı solundan verilənlərə gəlincə, onlar, "Kaş ki, kitabım mənə verilməsəydi," deyər,
Haqqə/69:26
"Hesabımın nə olduğunu öyrənməyəydim."
Haqqə/69:27
"Kaş ki, ölümüm sonsuz olsaydı."