Ğafir - 40:16
O gün onlar tamamilə açığa çıxarılacaqlar. Heç bir şey onları Allahdan gizləyə bilməz. O gün hökmranlıq kimə aiddir? Tək və Ən Üstün olan Allaha aiddir.
Allah Təkdir:
Saffat/37:4
(Ona görə) ki, sizin Tanrınız Birdir.
Yusuf/12:39
"Ey həbsxana yoldaşlarım, fərqli rəblərmi daha yaxşıdır, yoxsa Tək və hər şeyə Hakim olan Allahmı?"
Rad/13:16
De ki: "Rəbbi kimdir, göylərin və yerin?" De ki: "Allahdır!" De ki: "Ondan başqa, özlərinə belə fayda və zərər verə bilməyən kimsələri övliyalarmı seçdiniz?" De ki: "Heç korla görən eyni ola bilərmi, yaxud heç qaranlıqla işıq eyni ola bilərmi?" Yoxsa Allahın yaratdığı kimi yaradan ortaqlar tapdılar sonra da yaratmalarını bir-biriyləmi qarışdırdılar? De ki: "Allah hər şeyin Yaradıcısıdır. O Təkdir, Hökmdardır."
İbrahim/14:48
Yerin başqa bir yer ilə, göylərin də başqa göylərlə dəyişdirildiyi, hər kəsin Tək və Ən Uca olan Allahın hüzuruna gətirildiyi gün...
Sad/38:65
De ki, "Mən sadəcə xəbərdar edən biriyəm. Tək və Hakim olan Allahdan başqa bir tanrı yoxdur."
Zumər/39:4
Allah bir övlad istəsəydi, yaratdıqlarının arasından istədiyini seçərdi. O, çox Ucadır. O, Tək və Hakim olan Allahdır.
Ğafir/40:16
O gün onlar tamamilə açığa çıxarılacaqlar. Heç bir şey onları Allahdan gizləyə bilməz. O gün hökmranlıq kimə aiddir? Tək və Ən Üstün olan Allaha aiddir.
Bəqərə/2:133
Yəqub can verərkən şahid olsaydınız. O, övladlarına: "Məndən sonra kimə qulluq edəcəksiniz?" - deyə soruşmuşdu. Onlar da, "Sənin Tanrın, ataların İbrahim, İsmail və İshaqın Tanrısı olan tək Tanrıya qulluq edəcəyik, biz Ona təslim olanlarıq," - demişdilər.
Bəqərə/2:163
Tanrınız bir tək Tanrıdır; Ondan başqa tanrı yoxdur. O Rəhmandır, Rəhimdir.
Maidə/5:73
"Allah üçlüyün üçüncüsüdür!" – deyənlər inkar etmişdir. Halbuki Tək Tanrıdan başqa tanrı yoxdur. Bu sözlərinə son qoymazlarsa, inkar edənlərinə ağrılı-acılı bir əzab toxunacaqdır.
Ənam/6:19
Soruş: "Kimin şahidliyi böyükdür?" De ki: "Mənimlə sizin aranızda Allah Şahiddir. Sizi və yetişəcəyi hər kəsi xəbərdar etmək üçün mənə bu Quran verildi. Allahdan başqa tanrı olduğunamı şahidlik edirsiniz?" De: "Mən belə şahidlik etmirəm." Və sonra bunu da söylə: "O tək bir Tanrıdır. Mən sizin ortaq qoşduğunuz şeydən uzağam."
Tovbə/9:31
Din bilənlərini, din adamlarını və Məryəm oğlu Məsihi Allahdan ayrı rəblər qəbul etdilər. Halbuki, yalnız tək Tanrıya qulluq etməklə əmr olunmuşdular. Ondan başqa Tanrı yoxdur. O, tay tutduqları kimsələrdən də çox Ucadır.
İbrahim/14:52
Bu, insanlar üçün bir bildirişdir. Bu xəbərdarlığı dinləsinlər, Onun yalnız Tək Tanrı olduğunu bilsinlər və ağıl sahibləri öyüd alsınlar.
Nəhl/16:22
Tanrınız bir tək Tanrıdır. Axirətə iman etməyənlərin qəlbləri inkarçıdır və onlar təkəbbür göstərərlər.
Kəhf/18:110
De ki, "Mən sizin kimi bir insandan başqa bir şey deyiləm. Tanrınızın tək bir Tanrı olduğu mənə vəhy edildi. Rəbbi ilə qarşılaşmağı ümid edən hər kəs müttəqi işlər görsün və Rəbbinə olan qulluğa heç kimsəni ortaq qoşmasın."
Həcc/22:34
Onlara kənd təsərrüfatı heyvanlarını ruzi olaraq verməsindən ötrü, Allahın isimini xatırlamaları üçün, hər topluluğa ayrı bir ibadət forması müəyyən etdik. Tanrınız tək bir tanrıdır. Sadəcə Ona təslim olun. İtaət edənlərə müjdə ver.
Ənbiya/21:108
De ki, "Sizin tanrınızın tək bir tanrı olduğu mənə vəhy edilir. Artıq təslim olacaqsınızmı?"
Fussilət/41:6
De ki, "Mən, sadəcə sizin kimi bir insanam. Mənə, sizin tanrınızın bir tək tanrı olduğu vəhy edilir. Ona yönəlin, Ondan bağışlanma diləyin. Vay ortaq qoşanların halına!"