Ğafir - 40:28 Fironun tərəfindən inancını gizləyən iman edən bir adam dedi ki, "Siz, 'Mənim Rəbbim Allahdır,' deyən bir adamımı öldürəcəksiniz? Halbuki sizə Rəbbinizdən açıq-aşkar dəlillər gətirmişdir. Yalançıdırsa, bu onun problemidir; yox əgər doğru sözlüdürsə, onun sizə anlatdıqları gerçəkləşər. Şübhəsiz Allah həddi aşan yalançıları sevməz."
İman etmənin ən önəmli kriteri:
Ənam/6:82 İman edənlər və imanlarını bir zülmlə bulaşdırmayanlar güvənliyə layiqdirlər və onlar doğruya yönələnlərdir.

Loğman/31:13 Loğman oğluna öyüd verərkən bunu  demişdi: "Əziz oğlum, Allaha ortaq qoşma, şübhəsiz şirk (Tanrıya ortaq qoşmaq) böyük bir zülmdür."

Zumər/39:65 Sənə və səndən öncəkilərə belə vəhy edilmişdir: Ortaq qoşarsan, bütün etdiklərin boşa gedər və ziyana uğrayanlardan olarsan.