Ğafir - 40:29 "Ey xalqım! Hökmranlıq bu gün sizindir və ölkədə siz hakimsiniz. Ancaq Allahın qəzəbi bizə gələrsə, kim ona qarşı bizə yardım edə bilər?" Firon da, "Sizə öz fikrimi tövsiyə edirəm; sizə doğru yolu göstərirəm," dedi.
Gerçək doğru yol:
Ali İmran/3:51 "Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir; Ona qulluq edin. Budur doğru yol."

Məryəm/19:36 "Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir; Ona qulluq edin. Doğru yol budur."

Ya sin/36:60 Ey Adəmin övladları, şeytana qulluq/xidmət etməyəcəyinizə dair sizdən söz almamışdımmı? O sizin açıq-aydın düşməninizdir.

Fussilət/41:30 "Rəbbimiz Allahdır," dedikdən sonra doğru yolu izləyənlərin üzərinə mələklər enər, "Qorxmayın, üzülməyin və dəvətli olduğunuz cənnətlə sevinin."

Zuxruf/43:61 O (İsa), Saat haqqında bir bilgi qaynağı və işarətdir. Elə isə onun (zamanı) haqqında şübhə etməyin və məni izləyin. Doğru yol budur.
Zuxruf/43:64 "Allah mənim Rəbbim və sizin də Rəbbinizdir, sadəcə Ona qulluq etməlisiniz. Ən doğru yol budur."