Ğafir - 40:33 "O gün arxanızı çevirib qaçacaqsınız; ancaq sizi Allahdan qoruyacaq olan yoxdur. Allahın yoldan çıxartdığına yol göstərən tapılmaz."
O gün arxanızı çevirib qaçacaqsınız:
Qiyamə/75:10 O gün insan oğlu, "Qaçacaq yer haradadır?" deyər.

Əbəsə/80:37 O gün hər kəsin özünə yetəcək işi vardır.

Haqqə/69:25 Kitabı solundan verilənlərə gəlincə, onlar, "Kaş ki, kitabım mənə verilməsəydi," deyər,

Kəhf/18:52 "Ortaqlarım olduğunu iddia etdiyiniz şəxsləri çağırın," deyə əmr etdiyi gün, onları çağırarlar, onlar da onlara qarşılıq verməzlər. Onların arasına bir öfkə və nifrət uçurumu qoymuşuq.
Kəhf/18:53 Günahkarlar atəşi gördülər və içinə düşəcəklərini anladılar; ondan qaçacaq bir yer də tapa bilmədilər.

Səba/34:51 Qorxuya qapıldıqları anı bir görəsən; qaça bilməzlər; yaxın bir yerdən yaxalanmışlar.

Fussilət/41:48 Daha öncə yardım üçün çağırdıqları (dinə ortaq qoşduqları kəslər) onlardan uzaqlaşmışdır. Artıq qaçacaq bir yerləri olmadığını anlayarlar.

Qamər/54:44 Yoxsa, "Biz, zəfərə nail olacaq bir camaatıq" deyirlər?
Qamər/54:45 O camaat məğlubiyyətə uğradılacaq; dönüb qaçacaqlar.