Ğafir - 40:44 "Sizə bu söylədiklərimi irəlidə xatırlayacaqsınız. Mən işimi Allaha buraxıram. Allah qullarını Görəndir."
Dirilmə günü inkarçılara elçilərə qarşı münasibətləri xatırladılacaq:
Ənam/6:130 Ey cin və insan topluluğu, sizə, ayələrimi anlatan və bu günlə qarşılaşmağınız haqqında sizə içinizdən xəbərdarlıq edən elçilər gəlmədimi? "Öz əleyhimizə şahidik," dedilər. Dünya həyatı onları aldatdı və inkarçı olduqlarına dair özləri öz əleyhlərində şahidlik etdilər.

Ya sin/36:51 Boruya üfürülən kimi, onlar məzarlarından qalxıb Rəblərinə qaçacaqlar.
Ya sin/36:52 "Vay halımıza, yatdığımız yerdən bizi kim qaldırdı? Bu, Rəhmanın söz verdiyi şeydi. Demək elçilər doğru söyləmişdi," deyərlər.

Zumər/39:71 İnkar edənlər dəstə-dəstə cəhənnəmə götürülərlər. Oraya yetişdiklərində onun qapıları açılar və gözətçiləri onlara, "Sizə, Rəbbinizin ayələrini oxuyan və bu gününüzlə qarşılaşacağınız mövzusunda sizi xəbərdar edən öz içinizdən elçilər gəlməmişdimi?" deyərlər. "Bəli. Ancaq 'cəza' sözü inkar edənlər haqqında gerçəkləşmişdir," deyə qarşılıq verərlər.

Mulk/67:8 Az qala öfkədən partlayacaq! İçinə hər nə zaman bir qrup atılsa, oranın gözətçiləri, "Sizə bir xəbərdar edici gəlmədimi?" deyə soruşdular.
Mulk/67:9 Onlar da dedilər ki, "Bəli, bizə bir xəbərdar edici gəlmişdi, amma biz yalanladıq və 'Allah heç bir şey nazil etməmişdir. Siz tamamilə yoldan çıxmışsınız', dedik."
Mulk/67:10 "Dinləsəydik və ya ağlımızı işlətsəydik biz bu atəşin əhli içində olmazdıq," dedilər.
Mulk/67:11 Beləcə günahlarını etiraf etdilər. Atəşin əhli uzaq olsunlar.