Ğafir - 40:45 Allah onu onların planladıqları pisliklərdən qorudu. Fironun tərəfdarlarını əzabın ən pisi bürüdü.
Fironun planladığı pislik və Rəbbimizin iman edənləri qoruması:
Əraf/7:127 Firon xalqının elitaları dedilər: "Musanı və xalqını, səni və tanrılarını buraxsınlar və yer üzündə fəsad çıxarsınlar deyəmi buraxırsan." (Firon:) "Qadınlarını yaşadıb, oğullarını öldürəcəyik. Biz onlardan daha çox güclüyük," dedi.
Əraf/7:128 Musa, xalqına: "Allahdan yardım diləyin, səbrlə müqavimət göstərin. Yer üzü Allahındır və onu qullarından istədiyinə verir. Aqibət müttəqi davrananlarındır," dedi.

Ta ha/20:77 Musaya: "Qullarımı gecə vaxtı başqa bir yerə apar və onlar üçün dənizdə quru bir yol aç. Yaxalanmaqdan qorxma, narahat olma," deyə vəhy etdik.
Ta ha/20:78 Firon, ordusu ilə birlikdə arxalarına düşdü. Halbuki, dəniz üstlərinə qapanıb onları içinə aldı.
Ta ha/20:79 Firon, xalqını azdırdı, doğru yola yönəltmədi.

Şuəra/26:53 Firon, şəhərlərə kütlə propagandaçıları göndərdi:
Şuəra/26:57 Nəhayət, onları çıxartdıq: Bağçalardan, çeşmələrdən,
Şuəra/26:59 Daha sonra, onları İsrail oğullarına miras etdik.
Şuəra/26:61 Hər iki topluluq bir-birini görüncə, Musanın yoldaşları: "Baxın, yaxalanırıq!" dedilər.
Şuəra/26:62 "Əsla. Rəbbim mənimlə birlikdədir; Mənə bir çıxış yolu göstərəcəkdir!" dedi.
Şuəra/26:63 Musaya, "Dəyənəyini dənizə vur!" deyə vəhy etdik. Bundan sonra yarıldı və hər hissəsi böyük bir təpə kimi oldu.
Şuəra/26:65 Musanı və onunla bərabər olan hər kəsi qurtardıq.

Qasas/28:30 Oraya yetişincə (yanan) ağacın olduğu mübarək bölgədə, sağ yamacın kənarından ona səslənildi: "Musa, Mən aləmlərin Rəbbi Allaham."
Qasas/28:31 "Dəyənəyini at!" Onu bir ilan kimi titrəşən görüncə, ardına belə baxmadan dönüb qaçdı. "Musa, (geri) dön, qorxma! Sən güvəndəsən!"
Qasas/28:32 "Əlini qoynuna sal, qüsursuz ağappaq çıxsın. Qorxudan açılan qanadlarını qatlayıb endir. Bu ikisi, Firon və zadəgan dəstəsinə qarşı Rəbbindən iki dəlildir. Onlar yoldan çıxan bir camaat olmuşlar."
Qasas/28:33 (Musa) dedi ki, "Rəbbim, Mən onlardan bir nəfəri öldürmüşdüm. Məni öldürəcəklərindən qorxuram."
Qasas/28:34 "Ayrıca, qardaşım Harun məndən daha yaxşı danışır. Onu mənimlə birlikdə, məni dəstəkləyən bir yardımçı olaraq göndər. Məni yalanlamalarından qorxuram."
Qasas/28:35 (Allah) dedi ki, "Səni bazunu qardaşınla gücləndirəcəyik və ikinizə elə bir səlahiyyət verəcəyik ki, sizə toxuna bilməyəcəklər. Siz ikiniz və sizin ardınızca gedənlər möcüzələrimizlə zəfər qazanacaqsınız."