Ğafir - 40:51 Biz elçilərimizə və iman edənlərə bu dünya həyatında və şahidlərin üzləşmələrə hazır olacaqları gündə yardım edərik.
Şahidlərin üzləşmələrə hazır olacaqları gün:
Zumər/39:69 Yer, Rəbbinin nuru ilə parlayar. Kitab qoyular. Peyğəmbərlər və şahidlər gətirilər. Aralarında gerçəyə görə hökm verilər və onlara zülm edilməz.
Zumər/39:70 Hər kəsə etdiyinin qarşılığı tam olaraq verilər. O, onların etdiyi hər şeyi ən yaxşı biləndir.
Zumər/39:71 İnkar edənlər dəstə-dəstə cəhənnəmə götürülərlər. Oraya yetişdiklərində onun qapıları açılar və gözətçiləri onlara, "Sizə, Rəbbinizin ayələrini oxuyan və bu gününüzlə qarşılaşacağınız mövzusunda sizi xəbərdar edən öz içinizdən elçilər gəlməmişdimi?" deyərlər. "Bəli. Ancaq 'cəza' sözü inkar edənlər haqqında gerçəkləşmişdir," deyə qarşılıq verərlər.
Zumər/39:72 "Təməlli qalacağınız Cəhənnəmin qapılarından girin. Təkəbbür göstərənlərin sonu necə də pismiş!" deyilər.
Zumər/39:31 Sonra Dirilmə Günü, Rəbbinizin hüzurunda məhkəməyə çıxacaqsınız.
Zumər/39:32 Allaha qarşı yalan uydurandan və özünə gerçək gəldiyində onu yalanlayandan daha zalım kim ola bilər? Kafirlər üçün cəhənnəmdə bir yermi yoxdur?
Zumər/39:33 Gerçəyi gətirən və onu təsdiqləyənə gəlincə, məhz onlar müttəqilərdir.

Nəhl/16:89 Hər topluluğun içindən, özlərinə qarşı bir şahid göndərdiyimiz, bunlara qarşı da səni şahid olaraq gətirdiyimiz gün... Biz sənə bu kitabı, hər şeyi açıqlayan, bir yol göstərici, bir rəhmət və müsəlmanlara bir müjdə olaraq nazil etdik.

Nisa/4:41 Hər millətin üzərinə bir şahid gətirdiyimizdə, səni də bunların üzərinə şahid olaraq gətirsək halları necə olar?

İsra/17:71 Hər bir xalqı öndərləriylə birlikdə çağırdığımız gün, kitabı sağından verilənlər kitablarını oxuyarlar və ən xırda bir haqsızlığa məruz qalmazlar.

Hud/11:18 Uydurma olan şeyləri Allaha isnad edəndən daha zalım kim ola bilər? Onlar Rəblərinin hüzuruna çıxarılar və şahidlər: "Bax, Rəbləri haqqında yalan uyduranlar bunlardır," deyəcəklər. Allahın lənəti zalımlaradır.

Əhzab/33:45 Ey Peyğəmbər! Biz səni bir şahid, bir müjdəçi və bir xəbərdar edici olaraq göndərdik.

Fəth/48:8 Biz səni bir şahid, bir müjdəçi və bir xəbərdar edici olaraq göndərdik.

Muzzəmmil/73:15 Biz, sizə haqqınızda şahidlik edəcək bir elçi göndərdik; necə ki, Firona da bir elçi göndərmişdik.

Səba/34:31 İnkar edənlər, "Biz nə bu Qurana, nə də ondan öncəkilərə iman etməyəcəyik," dedilər. Zalımları, Rəbləri hüzurunda məhkəmə sırasında bir-birləri ilə söz güləşdirərkən bir görsəydin! (Təhsil, araşdırma, iqtisadi, siyasi və s. yönlərdən) gücsüzləşdirilənlər, təkəbbür göstərmiş olanlara, "Siz olmasaydınız biz iman edən şəxslər olardıq," deyərlər.

Zuxruf/43:86 Onların Ondan başqa çağırdıqları şəfaət edə bilməzlər. Ancaq bilərək gerçəyə şahidlik edənlər xaric.

Nisa/4:157 Və Allahın elçisi "Məryəm oğlu İsa Məsihi öldürdük," – demələrindən ötrü... Halbuki onu öldürmədilər və onu asmadılar; Fəqət elə etdiklərini sandılar. Bütün məzhəblər bu mövzuda şübhə içindədir. Onların bu mövzuda bir biliyi yoxdur; sadəcə zənnə uyurlar. Qətiyyən onu öldürmədilər.
Nisa/4:158 Əksinə, Allah onu Özünə yüksəltdi; Allah Üstündür, Hikmət Sahibidir.
Nisa/4:159 Özlərinə kitab verilənlərdən hər biri ölümündən öncə ona iman etmək məcburiyyətindədir. Dirilmə Günü isə o onlara qarşı şahid olacaqdır.

Maidə/5:116 Allah belə deyəcək: "Ey Məryəm oğlu İsa! Sənmi insanlara, 'Allahdan başqa məni və anamı da tanrı qəbul edin' dedin?" (İsa) belə cavab verəcək: "Sən Ucasan, haqqım olmayan bir şeyi söyləmək mənə yaraşmaz. Əgər belə bir şey söyləmiş olsaydım Sən bilərdin. Sən mənim düşüncəmi bilirsən; ancaq mən Sənin düşüncəni bilmərəm. Sən bütün gizli şeyləri bilirsən."

Ğafir/40:51 Biz elçilərimizə və iman edənlərə bu dünya həyatında və şahidlərin üzləşmələrə hazır olacaqları gündə yardım edərik.