Ğafir - 40:53
Biz Musaya hidayəti verdik və İsrail oğullarını kitaba varis etdik.
İsrail oğullarını kitaba varis etdik:
Ənam/6:84
Ona İshaqı və Yəqubu bəxş etdik. Hər birisinə yol göstərdik. Daha öncə də Nuha və onun soyundan Davuda, Süleymana, Əyyuba, Yusufa, Musaya və Haruna da yol göstərdik. Gözəl davrananları bax belə mükafatlandırırıq.
Ənam/6:85
Zəkəriyya, Yəhya, İsa və İlyasa da... Hamısı da yaxşılardan idi.
Ənam/6:86
İsmail, Əl-Yəsə, Yunus və Luta da... Hamısını insanlara üstün etdik.
Ənam/6:87
Atalarından, soylarından və qardaşlarından bir çoxunu seçib doğru yola yönəltdik.
Ənam/6:88
Allahın hidayəti belədir. Qullarından istədiyini və/və ya istəyəni ona yetişdirir. Ortaq qoşsaydılar etdikləri boşa çıxardı.