Ğafir - 40:64
Allah yer üzünü sizin üçün bir məskən, göyü də bir yapı edəndir. Sizə surət verib surətinizi gözəl edən və sizi qidalarla bəsləyəndir. Rəbbiniz olan Allah budur. Aləmin Rəbbi olan Allah nə Ucadır!
Rəbbimiz bizləri yer üzünə nə üçün yerləşdirdi?
Bəqərə/2:35
“Adəm! Zövcənlə birlikdə Cənnətdə qal. İstədiyiniz yerdə ondan bolca yeyin; ancaq bu ağaca yaxınlaşmayın, yoxsa zalımlardan olarsınız!" - dedik.
Bəqərə/2:36
Şeytan, onları oradan çaşdırıb olduqları yerdən çıxartdı. Nəhayət, “Bir-birinizə düşmən olaraq aşağı enin! Yer üzündə müəyyən olunmuş vaxta qədər qalıb yaşayacaqsınız,” dedik
Bəqərə/2:155
Sizi qorxuyla, aclıqla, para (pul), can və məhsul itkisi ilə sınayacağıq. Müjdə ver səbr edənlərə.
Əraf/7:22
Beləcə, onları yalanlarla aldatdı. Ağacı dadınca bədənləri özlərinə görsəndi. Üzərlərini cənnət yarpaqları ilə örtməyə başladılar. Rəbləri onları çağırdı: "O ağacdan ikinizi də çəkindirmədimmi və şeytanın ikinizə də düşmən olduğunu söyləmədimmi?"
Əraf/7:23
Hər ikisi: "Rəbbimiz, özümüzə zülm etdik. Bizi bağışlamasan və bizə acımasan, ziyana uğrayanlardan olarıq," dedilər.
Əraf/7:24
(Allah) dedi ki: "Bir-birinizə düşmənlər olaraq aşağı enin. Bir müddətə qədər yer üzündə məskunlaşıb yaşayacaqsınız."
Əraf/7:25
(Allah) dedi ki: "Orada yaşayacaq, orada öləcək və oradan çıxarılacaqsınız."
Əraf/7:26
Adəm oğulları, sizə, bədəninizi örtəcək və süsləyəcək libaslar hazırladıq. Müttəqilik libası isə daha xeyirlidir. Bunlar, Allahın işarətləridir, ola bilər ki, öyüd alarsınız.
Əraf/7:35
Adəm oğulları, sizə içinizdən elçilər gəlib sizə ayələrimi bildirdikləri zaman dinləyib özlərini düzəldənlərə nə bir qorxu vardır, nə də onlar üzülərlər.
Yunus/10:13
Sizdən öncəki neçə-neçə nəsilləri, zülm etdikləri zaman məhv etmişik. Elçiləri onlara açıq-aydın dəlillərlə getmişdilər, ancaq onlar iman etməyi rədd etmişdilər. Günahkar cəmiyyətləri belə cəzalandırırıq.
Yunus/10:14
Sonra, nə edəcəyinizi görmək üçün onların yerinə sizi yer üzünə varis etdik.
Hud/11:7
O, hansınızın daha yaxşı iş görəcəyini sınamaq üçün göyləri və yeri altı gündə yaradandır. Hökmranlığı suyun üzərində idi. Buna rəğmən, kafirlərə, "Siz ölümdən sonra dirildiləcəksiniz," desən, kafirlər, "Bu, ancaq açıq-aydın bir sehrdir." deyəcəklər.
Kəhf/18:7
Biz, kimlərin müttəqi davranacağını sınamaq üçün, üzərindəki maddələrlə yer üzünü süslədik.
Zəriyət/51:56
Cinləri və insanları ancaq Mənə qulluq etmələri üçün yaratdım.