Ğafir - 40:71 Boyunlarında halqalar və zəncirlərlə sürüklənəcəklər.
Boynlarında qandallar və zəncirlərlə sürüklənəcəklər:
Ğafir/40:71 Boyunlarında halqalar və zəncirlərlə sürüklənəcəklər.

Haqqə/69:32 Sonra, onu yetmiş arşın (dirsək) uzunluğunda bir zəncirə vurun!

Furqan/25:13 Zəncirlənmiş olaraq onun dar bir yerindən atıldıqları zaman ölümü çağırarlar.


İnsan/76:4 İnkar edənlər üçün zəncirlər, buxovlar və alovlu bir atəş hazırlamışıq.

Rad/13:5 Təəccüblənəcəksənsə, onların bu sözlərinə təəccüblənməlisən: "Biz torpaq olduqdan sonra yenidənmi yaradılacağıq?" Bax onlar, Rəblərini inkar edənlərdir. Onlar, boyunlarına qandallar vurulmağa layiq olanlardır. Onlar Atəşin əhlidir; həqiqətən orada əbədi qalacaqlar.

Səba/34:33 Gücsüzləşdirilənlər, təkəbbürlənənlərə, "Əsil siz idiniz. Bizim Allaha qarşı nankorluq göstərməmiz və Ona ortaqlar qoşmamız üçün gecə-gündüz planlar qururdunuz." Əzabı gördükləri zaman içlərində peşmançılıq hiss edərlər. İnkar edənlərin boyunlarına zəncirlər vurmuşuq. Yalnız etdiklərinin qarşılığını almırlarmı?